Mənzil böhranı artıq yalnız sosial məsələ deyil, iqtisadi məhsuldarlıq, sosial həmrəylik, iqlim dayanıqlılığı və siyasi sabitliyə təsir edən çoxölçülü inkişaf çağırışıdır. Primeinfo.az xəbər verir ki, bu fikirləri WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev WUF13 çərçivəsində Azərbaycan Pavilyonunda keçirilən “Multitərəfli əməkdaşlıq vasitəsilə mənzil siyasətinin inkişafı: qlobal öhdəliklərdən yerli təsirə” sessiyasında səsləndirib. Anar Quliyev bildirib ki, forum çərçivəsində keçirilən müzakirələr mənzil probleminin ayrı-ayrı müdaxilələrlə həll edilə bilməyəcəyini göstərib.
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Davamlı mənzil siyasətləri vasitəsilə səhiyyə nəticələrinin gücləndirilməsi: Mənzil və səhiyyə üzrə çoxsektorlu dialoq” təşkil olunub. Primeinfo.az xəbər verir ki, “ONE UN” tədbiri çərçivəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) Avropa üzrə İqtisadi Komissiyası, Ətraf Mühit Proqramı, Məskunlaşma Proqramı, Uşaq Fondu (UNICEF), Fəlakət Risklərinin Azaldılması Ofisi və Ümumdünya Səhiyyə Təşkilatı bir araya gələrək, mənzil siyasəti, sosial inklüzivlik, dayanıqlılıq və iqlimə davamlılıq, həmçinin bunların şəhər mühitində sağlamlığa təsirləri mövzusunda çoxsektorlu dialoq aparır. Sessiya çərçivəsində bu istiqamətlərin daha uyğunlaşdırılmış və praktik “ONE UN” həllərinə necə çevrilə biləcəyi, davamlı mənzil siyasətləri vasitəsilə sağlamlıq nəticələrinin necə gücləndirilə biləcəyi müzakirə olunur.
WUF13 bizə daha dərin əməkdaşlıq və daha güclü addımlar üçün imkan yaradır. Primeinfo.az xəbər verir ki, bunu WUF13 çərçivəsində “Uşaqlar və gənclər” mövzusunda keçirilən dəyirmi masa zamanı BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax deyib. O, gənclərin qarşısına çıxan problemlərdən danışıb.
58 min ipoteka müqaviləsi bağlamışıq. Gənc ailələrə öz evlərinə sahib olmaları üçün bu, əlverişli alətdir.
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Urban Expo”da Azərbaycan pavilyonunda “Şəhərlər üçün izahlı lüğətin” təqdimat mərasimi keçirilib. Primeinfo.az Azərtac-a istinadən xəbər verir ki, təqdimat mərasimində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin azad edilmiş ərazilərdə layihə idarəetməsi üzrə şöbə müdiri Ramil Cahangirov kitab barədə məlumat verib. Ramil Cahangirov bildirib ki, lüğətin hazırlanması dəyərli bir təşəbbüsdür: “Son beş ildə, hətta daha uzun müddətdir ki, biz beynəlxalq tərəfdaşlarla fəal əməkdaşlıq edirik.
Binaların yenilənməsi və əvəzlənməsi prosesində əmək bazarındakı transformasiyalar da nəzərə alınmalıdır. Bu istiqamətdə insanların bilik və bacarıqlarının inkişaf etdirilməsi zəruridir. Primeinfo.az xəbər verir ki, bu barədə ADA Universitetinin Dizayn və Memarlıq Məktəbinin dekan müavini, Milan Politexnik Universitetinin (Politecnico di Milano) dABC kafedrasının dosenti Nora Lombardini WUF13-də Azərbaycan pavilyonunda keçirilən “Mənzil və təhsil: memarlıq kurikulumlarında yaşayış mühitinin rolu” sessiyada çıxışı zamanı deyib.
Mayın 21-də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Urban Expo”dakı Azərbaycan pavilyonunda “Mənzil və təhsil: memarlıq kurikulumlarında yaşayış mühitinin rolu” sessiya keçirilib.
“Bakı Şəhərsalma Mükafatı” təsis edilib
Türkiyənin zəlzələ bölgəsində 455 mindən çox mənzil inşa edilib. Primeinfo.az xəbər verir ki, bunu Türkiyənin Ətraf Mühitin Mühafizəsi, Şəhərsalma və İqlim Dəyişikliyi nazirinin müavini Hasan Suver Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Şəhər Zəlzələsinə Hazırlığın Gücləndirilməsi Daha Təhlükəsiz və Daha Davamlı Şəhərlər üçün BMT-nin Həlləri” adlı konfransda bildirib. O bildirib ki, bu prosesdə yalnız yaşayış evləri tikilmir, həm də infrastrukturu, sosial obyektləri, yaşıl sahələri, enerji səmərəliliyi yanaşması və ekoloji davamlılığı ilə birlikdə kompleks yaşayış məkanları qurulur: “Şəhər dayanıqlılığının gücləndirilməsində maliyyə alətləri də kritik əhəmiyyət daşıyır.