Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: WUF13

WUF13-ə onlayn qeydiyyat bərpa edilib

WUF13-ə onlayn qeydiyyat bərpa edilib

WUF13-ə onlayn qeydiyyat bərpa edilib. Primeinfo.az xəbər verir ki, buna səbəb çoxsaylı müraciətlərdir. Tədbirə getməzdən öncə onlayn qeydiyyatdan keçmək tövsiyə olunur.

İcraçı direktor: "Azərbaycan dünyaya bəxş etdiyi daha bir irsi təmsil edir"

İcraçı direktor: "Azərbaycan dünyaya bəxş etdiyi daha bir irsi təmsil edir"

Bu gün Azərbaycan dünyaya bəxş etdiyi daha bir irsi təmsil edir. Sessiyalar boyunca artıq bir sıra belə nümunələri qeyd etmişik. Primeinfo.az xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Bakı Şəhər Mükafatı: Qlobal Təsir üçün Mənzil Həllərinin Genişləndirilməsi” adlı tədbirdə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax deyib.

WUF13-ün ilk üç günü ərzində tədbirlərə qatılan İŞTİRAKÇI SAYI

WUF13-ün ilk üç günü ərzində tədbirlərə qatılan İŞTİRAKÇI SAYI

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) ilk üç günü ərzində 174 ölkədən 30 minə yaxın iştirakçı həm onlayn, həm də fiziki olaraq tədbirlərə qatılıb. Primeinfo.az xəbər verir ki, bu məlumatı BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Kommunikasiya direktoru Katerina Bezqaçina WUF13 çərçivəsində media nümayəndələri üçün təşkil olunmuş gündəlik mətbuat brifinqində elan edib. Qeyd edilib ki, bu tədbirlər toplusu BMT tərəfindən davamlı şəhər inkişafı sahəsində təşkil edilən ən böyük forumdur və bu baxımdan “qlobal miqyasda ən böyük toplantı” statusunu doğruldur.

WUF13-də Azərbaycan xalçaları və milli mahnılarımız - FOTO

WUF13-də Azərbaycan xalçaları və milli mahnılarımız - FOTO

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində təşkil olunan “Urban Expo” sərgisində Azərbaycanın gənc müğənnilərinin ifasında milli mahnılarımız ifa edilib. Primeinfo.az xəbər verir ki, qonaqlar ölkəmizin musiqi irsi ilə yaxından tanış olublar. Çıxışlar tədbirin mədəni proqramının bir hissəsi olub və forumun beynəlxalq iştirakçıları arasında böyük maraq doğurub.

WUF13 çərçivəsində 70 minə yaxın sərnişin daşınıb - AYNA

WUF13 çərçivəsində 70 minə yaxın sərnişin daşınıb - AYNA

Azərbaycanın ev sahibliyi etdiyi 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) qonaqların və tədbir iştirakçılarının “Neoplan” markalı və elektrikli avtobuslarla rahat, fasiləsiz və təhlükəsiz daşınması təmin edilir. Primeinfo.az-a bu barədə AYNA-dan məlumat verilib. Bildirilib ki, forumda iştirak üçün Azərbaycana gələn qonaqların daşınması Heydər Əliyev Beynəlxalq Aeroportundan həyata keçirilir.

WUF13-ün 4-cü günü: Keniya rəsmiləri “Urban Expo” sərgisində - FOTO

WUF13-ün 4-cü günü: Keniya rəsmiləri “Urban Expo” sərgisində - FOTO

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində mayın 20-də Keniya Respublikasının torpaq, ictimai işlər, mənzil və şəhər inkişafı naziri Alice Muthoni Vahomenin rəhbərlik etdiyi nümayəndə heyəti “Urban Expo” sərgisinin pavilyonları ilə tanış olub. Primeinfo.az xəbər verir ki, Keniya rəsmilərini WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev müşayiət edib. Sərgi zamanı Keniya rəsmiləri Azərbaycan pavilyonuna xüsusi maraq göstəriblər.

TDT baş katibi: "UN-Habitat ilə yeni əməkdaşlıq planı barədə razılığa gəlmişik"

TDT baş katibi: "UN-Habitat ilə yeni əməkdaşlıq planı barədə razılığa gəlmişik"

Türk dünyası Mərkəzi Asiyadan Qafqaza və Avropaya qədər uzanan dinamik urbanik məkandır. Lakin şəhərlərimiz sürətli əhali artımı, nizamsız urbanizasiya, ətraf mühitin çirklənməsi, sosial bərabərsizlik kimi mürəkkəb problemlərlə üz-üzədir. Primeinfo.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Yüksək Səviyyəli Şəhər Dialoqunda Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev deyib.