Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: WUF13

BMT-nin icraçı direktoru Azərbaycanı təriflədi

BMT-nin icraçı direktoru Azərbaycanı təriflədi

BMT-nin icraçı direktoru Azərbaycanı təriflədi Primeinfo.az xəbər verir ki, BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudiya Rossbax şəhərlərin gələcəyinin yalnız bina tikintisi ilə məhdudlaşmadığını, əsas məqsədin işlək sistemlər və dayanıqlı icmalar yaratmaq olduğunu bildirib. O, çıxışı zamanı Ümumdünya Şəhərsalma Forumunun əhəmiyyətindən danışaraq forumun dünyanın müxtəlif ölkələrindən insanları bir araya gətirən mühüm platformaya çevrildiyini vurğulayıb. “Dünyanın müxtəlif yerlərindən gələn insanların burada bir araya gəlməsi, fərqli baxışların, təcrübələrin və imkanların paylaşılması məhz Ümumdünya Şəhərsalma Forumunun əsas mahiyyətidir.

Hulusi Kılıç: "WUF13-ün Azərbaycanda keçirilməsi Türk dünyasının uğurudur"

Hulusi Kılıç: "WUF13-ün Azərbaycanda keçirilməsi Türk dünyasının uğurudur"

Azərbaycan qlobal urbanizasiya məsələləri üzrə müzakirələrin əsas mərkəzinə çevrilib. Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) dünyanın hər yerindən rekord sayda 45 minə yaxın nümayəndənin iştirak etməsi bu platformanın dialoq və urbanizasiya problemlərinin miqyasının tanınması üçün əhəmiyyətini və aktuallığını göstərir. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı keçmiş səfiri və “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç AZƏRTAC-a müsahibəsində bildirib.

Hikmət Hacıyevdən BMT ilə bağlı vacib AÇIQLAMA

Hikmət Hacıyevdən BMT ilə bağlı vacib AÇIQLAMA

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev BMT-nin Məskunlaşma Proqramı ilə Azərbaycanın əməkdaşlığından, postmünaqişə dövründə həyata keçirilən yenidənqurma işlərindən və vətəndaş cəmiyyətinin rolundan danışıb. Primeinfo.az xəbər verir ki, Hikmət Hacıyev çıxışında Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı ilə münasibətlərində yeni mərhələnin başladığını bildirib. “Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı ilə yeni əməkdaşlıq hekayəsi başlayıb.

WUF13: Bakı Davamlılıq Koalisiyasının yüksək səviyyəli iclası keçirilir

WUF13: Bakı Davamlılıq Koalisiyasının yüksək səviyyəli iclası keçirilir

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Şəhər iqlim fəaliyyəti və davamlı urbanizasiya üzrə Bakı Davamlılıq Koalisiyası”nın yüksək səviyyəli iclası keçirilir. Primeinfo.az xəbər verir ki, tədbir COP29 zamanı yaradılmış Bakı Davamlılıq Koalisiyasının (BCC) fəaliyyətinin genişləndirilməsinə və şəhər iqlim idarəçiliyində davamlılığın təmin olunmasına həsr edilib. Qeyd olunub ki, təşəbbüs Azərbaycan sədrliyinin irsi kimi formalaşıb və COP ilə Ümumdünya Şəhərsalma Forumu (WUF) prosesləri arasında əlaqələndirməni gücləndirməyi hədəfləyir.

Nazir: "İlin sonuna kimi avtobusların subsidiyalaşdırılmasının sxemi tətbiq ediləcək"

Nazir: "İlin sonuna kimi avtobusların subsidiyalaşdırılmasının sxemi tətbiq ediləcək"

Nəqliyyat dəhlizləri bizim üçün, sadəcə, xəritədə çəkilmiş xətlər deyil. Bu, insanların qarşıdakı onilliklərdə, hətta əsrlərdə necə yaşayacaqları ilə bağlı qərardır. Primeinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev WUF13 çərçivəsində təşkil olunan “Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq” mövzusunda xüsusi sessiyada çıxışı zamanı deyib.

Belarus Nümayəndələr Palatasının sədri: "WUF13 yüksək səviyyədə təşkil olunub”

Belarus Nümayəndələr Palatasının sədri: "WUF13 yüksək səviyyədə təşkil olunub”

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13)ən yüksək səviyyədə təşkil olunub, böyük təəssürat yaradır. Primeinfo.az-ın xəbərinə görə, bunu Belarus Respublikası Milli Assambleyasının Nümayəndələr Palatasının sədri İqor Sergeyenko Milli Məclisin sədri Sahibə Qafarova mətbuata birgə bəyanatında bildirib. “Bütün proses kifayət qədər təşkilatlanmış, planlı, dəqiq və maraqlı şəkildə həyata keçirilir.

WUF13 üçüncü günündə öz işinə davam edir - FOTOREPORTAJ

WUF13 üçüncü günündə öz işinə davam edir - FOTOREPORTAJ

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) üçüncü günündə öz işinə davam edir. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu gün də sessiya çərçivəsində müxtəlif mövzularda müzakirələr və brifinqlər keçirilir. Forumda gün ərzində ümumilikdə 160-dan çox tədbirin keçirilməsi nəzərdə tutulur.

Qarabağda "15 dəqiqəlik şəhər" prinsipi tətbiq olunur

Qarabağda "15 dəqiqəlik şəhər" prinsipi tətbiq olunur

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən Böyük Qayıdış Proqramı Yeni Şəhər Gündəliyinin prinsiplərinin tətbiqinə nümunədir.  Primeinfo.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində “Qlobal mənzil böhranı: Plan nədir?” adlı panel sessiyada Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, WUF13-ün milli əlaqələndiricisinin müavini Gülşən Rzayeva bildirib. Onun sözlərinə görə, həmin ərazilərdə aparılan tikinti və bərpa işləri dayanıqlılıq, inklüzivlik, ağıllı şəhər və kənd yanaşmaları, yaşıl enerji zonaları və iqlimə həssas planlaşdırma prinsipləri əsasında qurulur.