Bakıda keçirilən WUF13-də 53,5 min iştirakçı qeydə alınıb. Primeinfo.az xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Milli Koordinatoru, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev WUF13-ün rəsmi bağlanış mətbuat konfransında deyib. Onun sözlərinə görə, iştirakçıların təxminən 50 mini forumda əyani, 3 mindən çoxu isə onlayn iştirak edib.
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) nəqliyyat təminatı çərçivəsində təşkil edilən müvəqqəti xüsusi hərəkət zolaqları tədbir yekunlaşdıqdan sonra öz qüvvəsini itirəcək. Bu barədə Primeinfo.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, mayın 23-dən sözügedən zolaqlarda avtobus zolağını bildirən 5.9 yol nişanları yığışdırılacaq.
22 may 2026-cı il tarixində saat 15:00-da Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) bağlanış mərasimi keçiriləcək.
“BMT-nin himayəsi altında keçirilən bu irimiqyaslı forumun təşkilinə görə Azərbaycanı təbrik etmək istərdim”.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 28 marşrutun əvvəlki sxemi üzrə, eləcə də müvəqqəti dayandırılan 4 ekspres marşrutun fəaliyyətini bərpa edir.
Bu gün Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Bakıda keçirilən 13-cü sessiyasına yekun vurulacaq.
WUF13 uğurla keçir. Primeinfo.az xəbər verir ki, bu barədə BMT Baş katibinin müavini Amina Mohammed mayın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən bildirib. WUF13-ün uğurla keçdiyini deyən Amina Mohammed bununla bağlı Azərbaycan dövlət başçısını təbrik edib.
Postmünaqişə bərpası yalnız tikinti prosesi deyil, əsas məqsəd azad edilmiş əraziləri inkişaf və tərəqqi məkanına çevirməkdir. Primeinfo.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Laçın və Kəlbəcər: urbisiddən postmünaqişə dövründə yenidənqurmaya gedən yol” adlı tədbirdə Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov bildirib. O qeyd edib ki, Qarabağ torpaqları təxminən 30 il işğal altında qalıb.
Mədəni irsin şəhərlərdə sosial həmrəyliyin və dayanıqlığın gücləndirilməsində mühüm rol oynadığı bildirilib. Primeinfo.az xəbər verir ki, bunu BMT Sivilizasiyalar Alyansının (UNAOC) direktoru Nihal Saad Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Dayanıqlı və gücləndirici mədəni canlandırma” adlı müzakirədə videomüracit zamanı deyib. O, Azərbaycan hökumətinə forumun yüksək səviyyədə təşkilinə görə təşəkkür edib və Bakının qlobal tədbirlərə uğurla ev sahibliyi etdiyini vurğulayıb.
Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ilə BMT Baş katibinin müavini Amina Mohammed arasında görüş keçirilib. Primeinfo.az İqtisadiyyat Nazirliyindən verilən xəbərə görə, görüş zamanı Azərbaycan ilə BMT arasında əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Tərəflər ölkəmizin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində əldə etdiyi nailiyyətləri və bu sahədə həyata keçirilən islahatların əhəmiyyətini vurğulayıblar.