Xəbər axtarın

Son axtarış nəticələri:

Tramp Ankarada Ərdoğanla görüşəcək - Türkiyəyə səfər proqramı açıqlandı

06.07.2026 10:44

Tramp Ankarada Ərdoğanla görüşəcək - Türkiyəyə səfər proqramı açıqlandı

ABŞ Prezidenti Donald Tramp NATO Zirvəsi çərçivəsində nəzərdə tutulan proqramını başa vurduqdan sonra Ukrayna Prezidenti Volodimir Zelenski və Suriya Prezidenti Əhməd əl-Şara ilə ikitərəfli görüşlər keçirəcək.

Primeinfo.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Bildirilib ki, Tramp iyulun 7-də Ankaraya səfər edəcək. Onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü nəzərdə tutulub. Daha sonra ABŞ Prezidenti NATO liderlərinin şam yeməyində iştirak edəcək. İyulun 8-də isə Tramp NATO liderlərinin iclasına qatılacaq və ənənəvi ailə fotosunda yer alacaq.

ABŞ Prezidenti Zelenski və Şara ilə keçirəcəyi görüşlərdən sonra mətbuat konfransı təşkil edərək, Türkiyədəki təmaslarının nəticələri ilə bağlı açıqlamalar verəcək. Trampın həmin günün axşamı Vaşinqtona qayıdacağı bildirilib.

Paylaş: