Xəbər axtarın

Son axtarış nəticələri:

Cəlilabadda DƏHŞƏT: Məktəblilərin mübahisəsi valideynlərin qanlı davasına səbəb oldu

09.05.2026 13:45

Cəlilabadda DƏHŞƏT: Məktəblilərin mübahisəsi valideynlərin qanlı davasına səbəb oldu

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

Primeinfo.az-ın məlumatına görə, hadisə mayın 8-də axşam saatlarında rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Uzuntəpə kənd orta məktəbinin 5-ci sinif şagirdi ilə 9-cu sinif şagirdi arasında mübahisə yaranıb. Mübahisə nəticəsində 9-cu sinif şagirdi 5-ci sinif şagirdini döyüb, ona xəsarət yetirib.

Azyaşlı evə gələrək bu barədə valideynlərinə məlumat verib. 5-ci sinif şagirdinin atası İlqar Quliyev mübahisəni aydınlaşdırmaq məqsədi ilə 9-cu sinif şagirdinin evinə gedib və onun atası Nicat Cəbiyevlə görüşüb. Söhbət zamanı valideynlər arasında mübahisə yaranıb. Mübahisə nəticəsində N.Cəbiyev özü ilə götürdüyü mətbəx bıçağı ilə və İlqar Quliyevə çoxsaylı bıçaq zərbələri endirərək onu öldürməyə cəhd edib.

Yaxınlıqdakı şəxslərin səyi nəticəsində dava sakitləşdirilib və İ.Quliyev ağır vəziyyətdə Cəlilabad Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı dərhal əməliyyat olunub, reanimasiya şöbəsinə yerləşdirilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən N.Cəbiyev saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: