Xəbər axtarın

Son axtarış nəticələri:

Putin Zelenski ilə görüşməyə hazırdır: Son nöqtə olmalıdır

09.05.2026 23:50

Putin Zelenski ilə görüşməyə hazırdır: Son nöqtə olmalıdır
Rusiya Prezidenti Vladimir Putin Rusiya-Ukrayna münaqişəsinin hazırda sona çatdığına inanır.

Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiya lideri jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Düşünürəm ki, (Rusiya ilə Ukrayna arasında – Qeyd) münaqişə sona çatır”, – deyə o qeyd edib.

Kreml rəhbəri Ukrayna Prezidenti Volodimir Zelenskinin onunla görüşmək istəyinə də münasibət bildirib. Putin Zelenski ilə təkcə Moskvada deyil, həm də üçüncü bir ölkədə görüşməyə, yalnız müqaviləni imzalamağa hazır olduğunu vurğulayıb.

“Ukrayna tərəfi, cənab Zelenski, şəxsi görüş keçirməyə hazırdır. Bu tədbirdə iştirak etmək və ya nəyisə imzalamaq danışıqların özü deyil, son nöqtə olmalıdır”.

 

Paylaş: