
“Bu gedişatla regionlarda adam qalmayacaq. Obyektiv problem odur ki, gənclər kənddə yaşamaq istəmir. Hansı ki, həmin gənclər yaxşı pul qazansa, Bakıya gəzmək üçün gəlib qayıdacaq”.
Primeinfo.az xəbər verir ki, bu sözləri Real Partiyasının sədri Natiq Cəfərli Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
“Subsidiya məsələsinə gəlincə, həmin dəstək 500 qoyunu olana yox, 5 qoyunu olana verilməlidir. Çünki 500 qoyunu olanın ildə 2000 manata ehtiyacı yoxdur”, – deyə o əlavə edib.
Davamı “Qırmızı masa”da: