Xəbər axtarın

Son axtarış nəticələri:

Sinifdə elektron siqaret çəkən uşaqların OXUDUĞU MƏKTƏB: Polis hərəkətə keçdi - VİDEO - FOTO - YENİLƏNİB

15.09.2026 17:22

Sinifdə elektron siqaret çəkən uşaqların OXUDUĞU MƏKTƏB: Polis hərəkətə keçdi - VİDEO - FOTO - YENİLƏNİB

Yeni tədris ilinin ilk günündə Azərbaycan məktəblərindən birində çəkilən görüntülərlə bağlı polis hərəkətə keçib.

Primeinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, məktəblilərin sinif otağında elektron siqaret çəkərək canlı yayım etməsi ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırılır.

Qeyd edək ki, həmin görüntülər 264 saylı məktəb-liseydə qeydə alınıb.

Sinif otağında elektron siqaret çəkən uşaqlar BU MƏKTƏBDƏ oxuyurmuşlar: Polis hərəkətə keçdi - VİDEO - FOTO

***

Yeni tədris ilinin ilk günündə Azərbaycan məktəbində çəkilən görüntülər ciddi narahatlıq yaradıb.

Oxu.Az-a daxil olan görüntülərə əsasən, məktəbli formasındakı şagirdlərin sinif otağında elektron siqaretdən istifadə etdiyi məlum olub.

Videoda qız şagirdin uzun, prosedur edilmiş dırnaqları da diqqət çəkib. O, eyni zamanda, dərs otağında sosial şəbəkədə canlı yayım açıb.

Xüsusilə diqqətçəkən məqam isə bu görüntülərin tədris ilinin ilk dərs günündə, məktəb daxilində çəkilməsidir.

 

View this post on Instagram

 

Paylaş: