Xəbər axtarın

Son axtarış nəticələri:

Gəncədə xəstəxanada sistem köçürülən 1 yaşlı körpə ölüb

05.04.2026 16:21


Gəncə Birləşmiş Uşaq Xəstəxanasında uşaq ölümü qeydə alınıb.

Primeinfo.az “Report”a istinadən xəbər verir ki, hərarəti olan 2025-ci il təvəllüdlü, Şəmkir rayon Alabaşlı kənd sakini A. S. xəstəxanaya çatdırılıb.

Xəstəxanada 1 yaşlı körpəyə sistem köçürülüb. Lakin bundan sonra uşağın vəziyyəti pisləşib və o, dünyasını dəyişib.

Meyit Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə gətirilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.

Paylaş: