Xəbər axtarın

Son axtarış nəticələri:

ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb

04.09.2026 14:25

ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb

“Azərbaycan Dəmir Yolları” QSC bu ilin yanvar-avqust aylarında 7,3 milyondan çox sərnişin daşıyıb.

ADY-dən Primeinfo.az-a bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18% çoxdur.

Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 6.9 milyon (17% artım), rayonlararası marşrutlarla 396 min (15% artım), beynəlxalq Bakı-Tbilisi-Bakı marşrutu ilə isə 53 min sərnişin səfər edib.

Bu ilin avqust ayında isə ümumi sərnişindaşımada (913 mindən çox) 24% artım qeydə alınıb.

Paylaş: