“Bu xətləri ayırmaq lazımdır – bunu anladıq. Amma bu zaman vətəndaşların həyatını asanlaşdırmaq üçün heç bir tədbirin görülməməsi narahatlıq doğurur. Sanki məmurlar belə qərarları verəndə “ChatGPT”dən soruşurlar. Nəticədə də milyonlarla insan qalacaq küçədə”.
Bizə rəqib ola biləcək toplumlara baxıram, qayğıları gələcəklə bağlıdır. Çağla ayaqlaşan təhsil, əhalinin sağlamlığı, yeni texnolojilərə çatımlılıq, ordu quruculuğu, bunları gerçəkləşdirmək üçün iqtisadi yüksəliş hayındadırlar…
“Nəzərə alaq ki, ticarət yolları – topdansatış məntəqələri, təchizat, ərzaq təhlükəsizliyi sırf benzinə bağlı məsələdir. Rusiyada isə benzin yoxdur”.
“Azərbaycanda iş potensialı ilə bağlı bölgə ölkələri arasında müqayisələr aparmışam. Məsələn, Gürcüstanda dövlət ixrac potensialı olan heç bir məhsul üçün vergi almır”.
“Naxçıvan Ali Məclisinə şortda kim gəlib? Mən bir neçə dəfə o binada olmuşam. İçəri girən kimi mərhum prezident Heydər Əliyevi büstü var. Yəni, ora dövlət binasıdır, parlamentdir. Həmin binaya necə şortla girmək olar?”
“Mən 52 ildir maşın sürürəm, bir dəfə də qəza etməmişəm. Amma 300 faiz cərimə gəlib mənə”.
“Naxçıvan bizim qalamız olmalıdır. Amma Naxçıvan boşaldılıb, qalıb havada”.
“Bütün Azərbaycan Naxçıvan duzu axtarır. Amma Naxçıvan duzu yoxdur”…
“AZAL-la bağlı vəziyyət Azərbaycan gündəmində artıq xeyli oturuşmuş bir məsələdir. Naxçıvana sadəcə hava yolunun olduğunu nəzərə alsaq, bu, Naxçıvanın bəlkə də bir nömrəli problemi kimi qiymətləndirilə bilər”.
Naxçıvanda bu gün qapısı bağlı olan müəssisələr, zavodlar, fabriklər zamanında dövlət hesabına inşa edilib. Orada 2500-3000 adam işləyib. Bu da 2500-3000 ailə deməkdir…