“Azərişıq ASC Cənab Prezident İlham Əliyevin tapşırıqları əsasında ölkə ərazisində istismar müddətini başa vurmuş elektrik şəbəkəsini yenidən qurur, təmir-bərpa işləri aparır. Primeinfo.az xəbər verir ki, görülən işlər Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsini (RETSİ) də əhatə edib. Ötən il Xaçmaz RETSİ ərazisində 14 kəndin elektrik şəbəkəsi tam yenilənib.
Bu gün Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 10 kV-luq 580 N-1 və N-2 elektrik xətlərində əsaslı təmir və yenidənqurma işləri həyata keçiriləcək. Primeinfo.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Qeyd olunub ki, bununla əlaqədar saat 10:00-dan 14:30-dək Pirşağı bağları yaşayış massivi və Ləhic bağları adlanan ərazidə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Maştağa Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ)daxil olan bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranıb. Primeinfo.az xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, bu gün Maştağa ETSİ ərazisində bir sıra elektrik xətlərində təmir işləri həyata keçiriləcək.