Elektrik enerjisinin verilişinin keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması və təmir-təftiş işləri ilə əlaqədar Nərimanov rayonunda saat 09:00-dan 13:00-dək Atatürk prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən yaşayış binalarında, Azadlıq prospektinin bir hissəsində, Mövsüm Sənani və Mirəli Qaşqay küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Bu barədə Primeinfo.az-a “Azərişıq” ASC-dən məlumat verilib. Yasamal rayonunda Hüseyn Cavid prospektinin bir hissəsində və Bəxtiyar Vahabzadə küçəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji zonası”na çevrilməsi barədə tapşırıqlarına uyğun olaraq, “AzərEnerji” ASC tərəfindən regionda su elektrik stansiyalarının tikintisi istiqamətində işlər ardıcıllıqla davam etdirilir.
Bu gün Bakının Yasamal və Nizami rayonlarının bəzi ərazilərinin elektrik enerji təminatında məhdudiyyət yaranacaq. Primeinfo.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində təmir işləri aparılacaq.
Bu gün Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə Primeinfo.az-a “Azərişıq” ASC-dən məlumat verilib. Bildirilib ki, Səbail Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində iməcilik işləri aparılacaq.
Bu gün Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə Primeinfo.az-a “Azərişıq” ASC-dən məlumat verilib. Bildirilib ki, Səbail Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində iməcilik işləri aparılacaq.
Bakının Nizami rayonunun bir hissəsinə elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə Primeinfo.az “Azərişıq” ASC-yə istinadən xəbər verir. Belə ki, Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin ərazisində təmir-təftiş işləri aparılacaq.
Lənkəranın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Primeinfo.az xəbər verir ki, bu barədə Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) məlumat yayıb. Bildirilib ki, mayın 21-də Lənkəran Elektrik Şəbəkəsində aparılacaq təmir işləri ilə əlaqədar “Lənkəran-2” yarımstansiyasından çıxan 10 kV-luq 9 saylı, 10 saylı və ATS hava xətlərindən qidalanan ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
“Azərişıq” ASC-nin Regional Enerji Təchizatı və Satış İdarəsində çalışan bəzi əməkdaşların əməkhaqlarını vaxtında ala bilmədikləri iddia olunub. Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə paylaşımlar edilib. İddialara görə, qurumun bəzi əməkdaşları maaşların gecikdiyini bildiriblər.
Ölkə ərazisində davam edən intensiv xarakterli yağıntılar paytaxt və regionların bəzi hissələrində, eləcə də şimal bögəsində yerləşən bir sıra rayonlarda, bəzi kənd və qəsəbələrdə elektrik enerjisinin verilişində qısamüddətli məhdudiyyətlər yaratsa da, “Azərişıq” ASC bütün qabaqlayıcı texniki və təşkilatı tədbirləri həyata keçirir. Bu barədə Primeinfo.az-a “Azərişıq” ASC-dən məlumat verilib. Bildirilib ki, paytaxt və ətraf kənd, qəsəbələrində intensiv yağışların davam etməsi, bir çox ərazilərdə keçilməz gölməçələrin əmələ gəlməsi və yağış sularının qəza yaranan ərazilərdən təmizlənməsi “Azərişıq” ASC əməkdaşlarına əlavə problem yaradır.
Suraxanı rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranıb. Primeinfo.az xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, bu gün Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 35/6 kV-luq 360 saylı yarımstansiyada Transformator Məntəqələrində (TM) təmir işləri aparılacaq.