Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Birinci Türkoloji Qurultayın 100 illiyi

Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə xatirə döş nişanları təqdim olunub - FOTO

Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə xatirə döş nişanları təqdim olunub - FOTO

İyunun 29-da Heydər Əliyev Mərkəzində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində əvvəlcə süni intellekt texnologiyası əsasında hazırlanmış “Ailəmiz – Türk dünyası” qısametrajlı filmi nümayiş etdirilib. Primeinfo.az xəbər verir ki, daha sonra “Türk dünyası bir ailə kimi, ortaq məqsədlər naminə beynəlxalq türk əməkdaşlıq təşkilatlarının fəaliyyətləri” mövzusunda panel sessiya keçirilib. Panel sessiyada çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Prezident İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunması ilə bağlı imzaladığı Sərəncam Azərbaycanda türkoloji irsə və Türk dünyasının ortaq dəyərlərinə verilən yüksək dövlət qayğısının təzahürüdür.

“Türk Dünyası Həftəsi”nin tədbirləri Şuşa, Xankəndi və Ağdamda davam edəcək - Nazir

“Türk Dünyası Həftəsi”nin tədbirləri Şuşa, Xankəndi və Ağdamda davam edəcək - Nazir

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin tədbirləri Qarabağda – Şuşa, Xankəndi və Ağdam şəhərlərində də davam edəcək. Primeinfo.az xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli iyunun 29-da Heydər Əliyev Mərkəzində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimində çıxışı zamanı deyib. Nazir bildirib ki, işğaldan azad edilmiş torpaqlarımızda yenidən qurulan hər bir şəhər, bərpa olunan hər bir abidə və yenidən həyat qazanmış hər bir məkan Azərbaycanın dirçəlişini və bütövlükdə Türk dünyasının həmrəylik ruhunu ifadə edir.

TDT-nin Baş katibi: "Qurultayın ideyaları bu gün də Türk dünyasının inteqrasiyasına xidmət edir"

TDT-nin Baş katibi: "Qurultayın ideyaları bu gün də Türk dünyasının inteqrasiyasına xidmət edir"

Birinci Türkoloji Qurultayın ideyaları bu gün də Türk dünyasının inteqrasiyası və əməkdaşlığı üçün mühüm əhəmiyyət daşıyır. Primeinfo.az xəbər verir ki, bu fikri Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimində çıxışı zamanı səsləndirib. Baş katib qeyd edib ki, Qəbələ Sammitində qəbul olunan bəyannamələrdə və “Türk Dünyası – 2040” Vizyonunda əksini tapan hədəflər Türk dövlətlərinin birliyinin və həmrəyliyinin möhkəmləndirilməsinə xidmət edir.

"Azərbaycan bu gün Türk dünyasında xüsusi yer tutur" - Tokayev

"Azərbaycan bu gün Türk dünyasında xüsusi yer tutur" - Tokayev

Azərbaycan bu gün Türk dünyasında xüsusi yer tutur. Birinci Türkoloji Qurultay bütün Türk dünyası üçün əhəmiyyətli tarixi hadisə idi. Primeinfo.az xəbər verir ki, bu fikirlər Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.