Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin direktoru işdən çıxarılıb. Primeinfo.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev Əmr imzalayıb. Əmrə əsasən, Regional Kollecin direktoru Xudiyeva Xoşqədəm Vidadi qızı vəzifəsindən azad edilib.
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə təhsilalanların qeydiyyatı başlayıb. Primeinfo.az xəbər verir ki, qeydiyyat prosesi yalnız my.gov.az portalı üzərindən həyata keçirilir. Qeyd edək ki, qeydiyyat 31 avqust saat 18:00-dək davam edəcək.
Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini elan edib.
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi avqustun 3-dən 9-dək (saat 23:59-dək) internet vasitəsilə aparılacaq. Primeinfo.az xəbər verir ki, bununla bağlı Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, ixtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.
Rusiyanın Krasnodar diyarının Anapa şəhərində texniki kollecdə atışma baş verib. Primeinfo.az xəbər verir ki, nəticədə 1 nəfər ölüb, üç nəfər yaralanıb. Yerli medianın məlumatına görə, hücum edən şəxs saxlanılıb.
Şəkidə kollec rəhbərləri üçün maarifləndirici təlim keçirilib
Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə yeni direktor təyin olunub Primeinfo.az xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Nigar Səfxanova Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsinə təyin olunub. Yeni təyin olunmuş direktor kollektivə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Ali və orta ixtisas təhsili müəssisələri ilə iş şöbəsinin müdiri Samir Həmidov tərəfindən təqdim edilib. Nigar Səfxanova Bakı Dövlət Universitetində “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə bakalavr, ADA Universitetində isə “Təhsilin təşkili və idarə olunması” ixtisası üzrə magistratura təhsili alıb.
Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin 21 illik direktoru Mətanət Səfər qızı Piriquliyeva vəzifəsindən azad olunub. Primeinfo.az xəbər verir ki, məlumatı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Xeberle.com-a təsdiqləyiblər. Qeyd edək ki, Mətanət Piriquliyeva 2004-cü ildə Təhsil Nazirinin sərəncamı ilə Sumqayıt Dövlət Texniki Kollecinin direktoru təyin edilib.