Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın ali audit orqanlarının rəhbərlərinin iştirakı ilə Türk Dövlətlərinin Ali Audit Qurumları Birliyi (TÜRKSAİ) yaradılıb.
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr eyni tarixi dəyərlərə, ortaq mədəniyyətə və qədim köklərə malikdir. Bizi birləşdirən bu mənəvi bağlar bu gün Türk dünyasının siyasi, iqtisadi və humanitar əməkdaşlığının əsasını təşkil edir.
Azərbaycan Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə ikitərəfli və çoxtərəfli əsasda QHT-lər üçün tarix, mədəniyyət, ekologiya, iqlim siyasəti və digər sahələrdə ortaq qrant müsabiqələri elan etməyə, qarşılıqlı kommunikasiyanı gücləndirən layihələri dəstəkləməyə hazırdır. Primeinfo.az xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 24-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun iştirakçılarına müraciətində yer alıb. Azərbaycan Prezidenti bildirib ki, 2026-cı ildə 100 illiyi keçiriləcək Birinci Türkoloji Qurultayın türk xalqlarının mədəni inteqrasiyası məsələləri ilə bağlı yarımçıq qalmış işlərinin QHT-lərin yaxından iştirakı ilə müasir çağırışlara uyğun davam etdirilməsi də xüsusi aktuallıq kəsb edir.
Vizyonumuz hər zaman Türkiyənin beynəlxalq əməkdaşlıq fəaliyyətləri çərçivəsində ölkələrin iqtisadi, sosial və humanitar inkişafını təşviq etmək, ortaq tarixi və mədəni irs üzərində gələcəyi formalaşdırmaqdır. Primeinfo.az xəbər verir ki, bu sözləri Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı ofisinin rəhbəri Hayrettin Özçelik Bakıda keçirilən TDT-yə üzv ölkələrin QHT-lərinin həmrəylik forumunun açılış mərasimində söyləyib. O qeyd edib ki, bu vizyona uyğun olaraq, Bakı ofisi əməkdaşlıq ruhunu qoruyaraq 2 minə yaxın layihəyə imza atıb: “Təhsildən sağlamlığa, qabiliyyət inkişafından sosial layihələrə qədər müxtəlif sahələrdə fəaliyyət göstərərək, Türk dünyasının qarşılıqlı əlaqələrini genişləndiririk.
Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində çoxşaxəli əməkdaşlıqlar var. Primeinfo.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrinin QHT-lərinin Həmrəylik Forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu ailə güclənir, möhkəmlənir və həmrəylik daha da artır: “TDT çərçivəsində bizim çoxşaxəli əməkdaşlığımız var.
“Beş il əvvəl qazandığımız Qarabağ Zəfəri türk xalqlarının ümumi sevinci və qürur mənbəyidir”.
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun iştirakçılarına müraciət ünvanlayıb.
Bu yaxınlarda Türk Dövlətləri Təşkilatına sədrliyi növbəti mərhələ üçün qəbul edən Azərbaycanın təşəbbüsü ilə təşkilata üzv ölkələrin qeyri-hökumət təşkilatları ilk dəfə bir yerə toplaşır
Noyabrın 20-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin ədliyyə nazirləri Bakıda keçirilən toplantı çərçivəsində bir araya gəliblər. Primeinfo.az xəbər verir ki, əvvəlcə qonaqlar Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, Şəhidlər xiyabanında və Zəfər parkında olub, şəhidlərimizin xatirəsini anıblar. Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədovun sədrliyi ilə baş tutan iclasda Türkiyə Respublikasının ədliyyə naziri Yılmaz Tunç, Özbəkistan Respublikasının ədliyyə naziri Əkbər Taşkulov, Qazaxıstan Respublikasının ədliyyə naziri Yerlan Sarsembayev, Qırğız Respublikasının ədliyyə nazirinin müavini İsgəndər Sıdıqalıyev və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev iştirak ediblər.
Bu gün Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) XI Zirvə Görüşündə təsdiq edilmiş Türk Qızıl Aypara Şəbəkəsinin (TQŞ) yüksək səviyyəli toplantısı keçirilib. Primeinfo.az xəbər verir ki, Türk Qızıl Aypara Şəbəkəsinə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın milli cəmiyyətləri daxildir. Tədbirə Türkmənistan və Şimali Kipr Qızıl Cəmiyyətləri müşahidəçi qismində qatılıb.