Bakıda ilk dəfə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu keçiriləcək. Primeinfo.az xəbər verir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məlumat yayıb. Noyabrın 23-dən 26-na kimi davam edəcək forum çərçivəsində “Zəngəzur dəhlizi: türk coğrafiyasını birləşdirən körpü”, “WUF13-ə doğru – Türk dünyasında ilk” adlı panel müzakirələri təşkil olunacaq.
Türk Dövlətləri Təşkilatı (TDT) Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə bağlı Ankaraya başsağlığı verib. Primeinfo.az xəbər verir ki, bu barədə təşkilatın X hesabındakı paylaşımında bildirilib. “Azərbaycandan Türkiyəyə qayıdan hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğraması barədə xəbəri kədər hissi ilə öyrəndik.
Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubaniçbek Ömüraliyev Azərbaycanı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib. Primeinfo.az xəbər verir ki, bu barədə Baş katib özünün “X” hesabında qeyd edib: “8 noyabr – Zəfər Günü münasibətilə, 44 günlük Vətən müharibəsi zamanı Şuşanı azad edən və ərazi bütövlüyünü bərpa edən Azərbaycan xalqı və Silahlı Qüvvələrinin qəhrəmanlığına və birliyinə iftixarla dərin hörmətimi bildirirəm”. On the occasion of 8 November – Victory Day, I proudly honor the heroism and unity of the Azerbaijani people and Armed Forces, who through the 44-Day Patriotic War ensured the liberation of Shusha and the restoration of territorial integrity and historical justice.🇦🇿#VictoryDay…
Türk Dövlətləri Təşkilatı (TDT) Zəfərin 5-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib. Primeinfo.az xəbər verir ki, bu barədə qurumun “X” hesabında paylaşım edilib. “44 günlük Vətən müharibəsində Şuşanın azad edilməsini, Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpasını təmin edən Azərbaycan xalqının və Silahlı Qüvvələrinin nümayiş etdirdiyi qəhrəmanlıq və birlik ruhunu qürurla yad edirik”, – paylaşımda bildirilib.
Türk Dövlətləri Təşkilatının (TDT) rəsmi veb-saytı artıq bütün üzv ölkələrin ana dillərində istifadəyə verilib. Primeinfo.az xəbər verir ki, bu barədə TDT-dən bildirilib. “Türk Dövlətləri Təşkilatı (TDT) rəsmi veb-saytının artıq bütün üzv ölkələrin ana dillərində istifadəyə verildiyini məmnuniyyətlə elan edir”, – məlumatda qeyd olunub.
“Türk dövlətlərinin tarixi orta əsrlərdən deyil, qədim dövrdən etibarən yazılmalıdır”. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin TDT Ağsaqqallar Şurasında səlahiyyətli nümayəndəsi Həsən Həsənov qurumun Bakıda keçirilən 18-ci iclasından sonra jurnalistlərə açıqlamasında deyib. O, türk tarixinin qədim dövrdən yazılmasının daha məqsədəuyğun olması fikrini belə əsaslandırıb.
Bu iki layihə ortaq mədəni irsimizin möhkəmləndirilməsi, Türk dünyasının elmi və mənəvi inteqrasiyasının dərinləşdirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Ortaq mədəni kimliyimizin gələcək nəsillərə ötürülməsi baxımından bu qərarlar tarixi xarakter daşıyır”.
UNESCO tərəfindən Dünya Türk Dili Ailəsi Günü elan edilməsinə dair bəyanat yayıb. Primeinfo.az xəbər verir ki, təşkilatın Baş katibi Kubanıçbek Ömüraliyevin imzası ilə yayımlanan bəyanatda UNESCO tərəfindən verilən tarixi qərarın məmnunluqla qarşılandığı bildirilir. “Bu mühüm qərar türk dilinin qədim köklərini və ümumbəşəri dəyərlərini vurğulayır, türk mədəniyyətinin birləşdirici rolu və zəngin tarixi irsi ilə bağlı dərin əlaqələrini əks etdirir.
Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının 18-ci iclası keçirilib. Primeinfo.az xəbər verir ki, iclasda Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Şimali Kipr Türk Respublikasının ağsaqqalları iştirak edib. TDT Ağsaqqallar Şurasının sədri, Türkiyə ağsaqqallı Binali Yıldırımın açılış nitqi ilə başlayan iclasda Azərbaycan ağsaqqalı Həsən Həsənov, Özbəkistan ağsaqqalı Sodiqjon Turdiev, Qazaxıstan ağsaqqalı İkram Adırbek, Qırğızıstan ağsaqqalı Apas Cumaqulov və Şimali Kipr Türk Respublikasının ağsaqqalı Oktay Öksüzoğlu, həmçinin TDT Baş katibin müavini Ömer Kocaman çıxış ediblər.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Nicat Quliyev 30-31 oktyabr tarixlərində Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dəmiryol idarələri rəhbərlərinin 3-cü iclasında iştirak edib. Primeinfo.az xəbər verir ki, iclasda TDT dövlət başçılarının 2024-cü ildə qəbul etdikləri Şuşa Bəyannaməsi və 2025-ci ildə qəbul edilmiş Qəbələ Bəyannaməsindən irəli gələn məsələlər, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə multimodal nəqliyyat daşımalarının inkişafı, dəmir yolu, liman və nəqliyyat-logistika əməliyyatlarının təşviqi və rəqəmsallaşdırılması, Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin imkanlarından istifadənin genişləndirilməsi, eləcə də Zəngəzur dəhlizinin potensialı kimi məsələlər müzakirə edilib. Həmçinin TDT üzv dövlətləri arasında dəmir yolu ilə yük daşımalarının cari vəziyyəti və yük həcmlərinin artırılması perspektivləri nəzərdən keçirilib.