Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Türk Dövlətləri Təşkilatı (TDT)

Türk Dövlətləri apreldə Qazaxıstanda toplanacaq 

Türk Dövlətləri apreldə Qazaxıstanda toplanacaq 

Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü Qazaxıstanda aprel ayında keçiriləcək.  Primeinfo.az xəbər verir ki, bunu “Report”a müsahibəsində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) baş katibi Ramil Həsən deyib.  O qeyd edib ki, rəsmi Zirvə görüşü isə Türkiyədə böyük ehtimalla 2026-cı ilin sonunda təşkil ediləcək:  “Biz qeyri-rəsmi Zirvə toplantısını TÜRKPA-da tətbiq etməklə əslində yeni şey kəşf etmirik”. 

Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının baş katibini qəbul etdi - FOTO

Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının baş katibini qəbul etdi - FOTO

Bu gün xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Omuralıyevi qəbul edib. Xarici İşlər Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə, görüş zamanı, tərəflər ölkəmizin TDT çərçivəsində sədrliyinin prioritetlərini, təşkilatın gündəliyində duran məsələləri və gələcək planları müzakirə ediblər. Nazir Ceyhun Bayramov təşkilatımız çərçivəsində dostluq, qardaşlıq və bütün sahələrdə əməkdaşlığın gücləndirilməsinin əsas prioritet olduğunu, Azərbaycanın bu potensialın reallaşması istiqamətində Türk Dövlətləri Təşkilatı çərçivəsində atılan addımları, təşəbbüsləri və ideyaları daim dəstəklədiyini, təşkilatın katibliyinin və beynəlxalq təşkilatlarda müşahidəçi statusunun daha da gücləndirilməsinin və genişləndirilməsinin vacib olduğunu vurğulayıb.

Zirvə Görüşündə "TDT+" formatı təsis edilib

Zirvə Görüşündə "TDT+" formatı təsis edilib

TDT+ formatının yaradılması barədə qərar qəbul edilib. Primeinfo.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşünün yekunları ilə bağlı mətbuat konfransında bildirib. Nazir deyib ki, TÜRKSOY-un gücləndirilməsi və genişləndirilməsi də razılaşdırılıb.

Sabah TDT liderlərinin nəyi müzakirə edəcəyi açıqlanıb

Sabah TDT liderlərinin nəyi müzakirə edəcəyi açıqlanıb

“Sabah Qəbələdə liderlərimiz qarşılaşdığımız böhranlara daha dayanıqlı türk dünyasının formalaşdırılmasını müzakirə edəcəklər”. Primeinfo.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycan mediasına açıqlamasında deyib. Hakan Fidan TDT Zirvəsinin Qəbələdə keçirilməsini yüksək dəyərləndirib: “Bakıya çox gəldik, bütün toplantılat Bakıda keçirilib.

Ərdoğandan Naxçıvan Sazişinin ildönümü münasibətilə təbrik mesajı - FOTO

Ərdoğandan Naxçıvan Sazişinin ildönümü münasibətilə təbrik mesajı - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının yaradılmasını təmin edən Naxçıvan Sazişinin 16-cı ildönümü və Türk Dövlətləri Əməkdaşlıq Günü münasibətilə paylaşım edib. Primeinfo.az xəbər verir ki, Ərdoğan bu günün böyük əhəmiyyət daşıdığını vurğulayıb. “Bu mənalı günün birlik və həmrəylik ruhumuzu gücləndirməsinə, ölkələrimiz arasındakı əlaqələrin hər sahədə inkişafına töhfə verməsini arzulayıram.

3 oktyabr - Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür!

3 oktyabr - Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür!

Hər il oktyabrın 3-ü Türk Dövlətlərinin Əməkdaşlıq Günü kimi qeyd edilir. Primeinfo.az xəbər verir ki, bu əlamətdar gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasını nəzərdə tutan Naxçıvan Sazişinin (3 oktyabr 2009-cu il) imzalanmasından etibarən qeyd edilir.