Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: turist

İki ayda Qəbələyə 13 min 209 turist gəlib - VİDEO

İki ayda Qəbələyə 13 min 209 turist gəlib - VİDEO

Bu ilin yanvar-fevral aylarında Qəbələyə 13209 turist gəlib. Primeinfo.az bu barədə AZƏRTAC-a istinadən xəbər verir. Əcnəbi turistlər arasında Hindistan vətəndaşları üstünlük təşkil edib – 1369 nəfər.

Barselonada turistlər üçün vergi ikiqat artırılıb

Barselonada turistlər üçün vergi ikiqat artırılıb

İspaniyanın Barselona şəhərində turistlər üçün vergi 1 gün üçün 15 avroya çatır. Barselona Avropada turistlərə ən yüksək qiymət tətbiq edən şəhərlərdən biridir. Primeinfo.az xəbər verir ki, məqsəd turist axınını azaltmaq və mənzil böhranını həll etməkdir.

Yanvarda Azərbaycana 181 mindən çox xarici gəlib - DTA

Yanvarda Azərbaycana 181 mindən çox xarici gəlib - DTA

2026-cı ilin yanvar ayında Azərbaycana 181 637 əcnəbi vətəndaş səfər edib ki, bu da 2025-ci ilin eyni ayı ilə müqayisədə 8 984 nəfər və ya 5% artım deməkdir. Primeinfo.az-a bu barədə Dövlət Turizm Agentliyindən (DTA) məlumat verilib. Bildirilib ki, yanvar ayında Rusiyadan 2% artım ilə 42 342 nəfər, Türkiyədən 15.5% artım ilə 36 536 nəfər və İrandan 2.1% artım ilə 15 399 nəfər səfər sayı qeydə alınıb.

Azərbaycandan turist axını 2 %-dən çox azalıb

Azərbaycandan turist axını 2 %-dən çox azalıb

2025-ci ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2024-cü illə müqayisədə 2,3 % azalaraq 2 milyon 109,9 min nəfər olub. Primeinfo.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, vətəndaşların 41,2 %-i Türkiyəyə, 14,5 %-i Rusiyaya, 10,7 %-i Gürcüstana, 9,7 %-i İrana, 23,9 %-i digər ölkələrə səfər edib, 63,5 %-ini kişilər, 36,5 %-ini qadınlar təşkil edib. İl ərzində Gürcüstana gedənlərin sayı 20,4 %, İrana gedənlərin sayı 9,2 % artıb, Rusiyaya gedənlərin sayı 31,5 %, Türkiyəyə gedənlərin sayı isə 1,6 % azalıb.

Xankəndiyə gedən turistlərin sayı artıb - FOTO

Xankəndiyə gedən turistlərin sayı artıb - FOTO

Bayram günlərində Xankəndi şəhəri təkcə bayram ab-havası ilə deyil, həm də yerli, xarici qonaqların yaratdığı canlanma ilə xüsusi diqqət çəkir. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Primeinfo.az-a verilən məlumata görə, bu günlərdə Xankəndi şəhərinə gələn qonaqların sayında xeyli artım qeydə alınıb. Qonaqlar Xankəndidə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərini, şəhərin sürətlə dirçəldiyini və yeni sima qazandığını yüksək qiymətləndirirlər.

"İçərişəhər"də süni intellekt turistlərə bələdçilik edəcək

"İçərişəhər"də süni intellekt turistlərə bələdçilik edəcək

İçərişəhər və Qala qoruqlarında “Ağıllı Qoruq” inkişaf modeli tətbiq olunacaq. Primeinfo.az xəbər verir ki, bu barədə İçərişəhər və Qala qoruqlarında mədəni irsin mühafizəsi və təbliği istiqamətində görülən işlərin təqdim olunduğu ilin yekunlarına həsr edilmiş mətbuat konfransında məlumat verilib. Bildirilib ki, qoruqların idarə edilməsində “Ağıllı Qoruq” inkişaf modelinin tətbiqi nəzərdə tutulur.

Azərbaycana gələn ərəb turistlərin sayı niyə azalıb? – ŞƏRH

Azərbaycana gələn ərəb turistlərin sayı niyə azalıb? – ŞƏRH

  Azərbaycana gələn turistlərin coğrafi mənşə strukturunda dəyişikliklər qeydə alınmaqdadır. Belə ki, bu ilin ilk 10 ayında Avropa İttifaqından gələnlərin sayı 7,9 faiz artsa da, körfəz ölkələrindən gələnlərin sayı 3,5 faiz, MDB dövlətlərindən gələnlərin sayı isə 8,2 faiz azalıb. Primeinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, iqtisadçı-alim Vüqar Bayramov özünün “Facebook” sosial şəbəkəsində yazıb.

Bakıda turistin pulu oğurlandı - FOTO

Bakıda turistin pulu oğurlandı - FOTO

Bakıda turistin pulu oğurlanıb. Primeinfo.az xəbər verir ki, 1991-ci il təvəllüdlü xarici vətəndaşın 1600 manat, 60 ABŞ dolları və 80 funt sterlinq məbləğində pulunun oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Səbuhi Salmanzadə müəyyən olunaraq saxlanılıb.

Avropadan Azərbaycana gələn turistlərin sayı kəskin azaldı

Avropadan Azərbaycana gələn turistlərin sayı kəskin azaldı

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana Avropa ölkələrindən 167 740 turist səfər edib. Primeinfo.az Azərbaycan Dövlət Turizm Agentliyinə istinadla xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,7 % azdır. O cümlədən, hesabat dövründə Şərqi Avropa ölkələrindən Azərbaycana 84 258 turist gəlib.