Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: turist

Mərkəzi Asiyadan Azərbaycana turist axını azalıb 

Mərkəzi Asiyadan Azərbaycana turist axını azalıb 

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana Mərkəzi Asiya ölkələrindən 162 106 turist gəlib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,2 % azdır (180 528 nəfər). Primeinfo.az Azərbaycan Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, Qazaxıstandan 78 127 (il ərzində azalma 9,5 %), Özbəkistandan 44 490 (-9 %), Türkmənistandan 24 029 (-27,2%), Qırğızıstandan 8 243 (-5,4 %), Tacikistandan 7 217 turist (+18,4 %) gəlib. Qeyd edək ki, bu ilin hesabat dövründə Azərbaycana 1 milyon 948 min 380 əcnəbi səfər edib, bu isə 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,76 % azdır (1 milyon 983 min 274).

Azərbaycana yayda gələn turistlərin sayı 5 %-dən çox azalıb

Azərbaycana yayda gələn turistlərin sayı 5 %-dən çox azalıb

Builki yay mövsümündə (iyun–avqust aylarında) Azərbaycana 740 min 722 turist səfər edib. Primeinfo.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 % azdır. Mövsüm ərzində ölkəyə ən çox turist Rusiyadan gəlib – 196 min 789 nəfər.