“Türkiyə Cümhuriyyəti artıq regional güc olaraq özünü təsdiq edib. Xüsusilə də Ərdoğan hakimiyyəti dönəmində Türkiyə həm ABŞ-dən, həm də Avropadan ciddi zərbələr aldı. Bütün bunlarda isə əsas məqsəd Türkiyəni zəiflətmək, onu kontrol altına almaq idi.
Suriya Prezidenti Əhməd Əl Şaraa Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edə bilər. Primeinfo.az xəbər verir ki, bu barədə türkiyəli diplomat Suriyanın keçid hökumətinin xarici işlər və xaricdə yaşayan suriyalılar naziri Əssad Həsən Əş-Şibani ilə Dəməşqdə keçirilən danışıqlardan sonra bildirib. “Prezidentimizin yaxın vaxtlarda Suriyaya səfəri planlaşdırılır.
Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Suriyaya səfər edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb. Məlumatda bildirilir ki, səfər çərçivəsində nazirlə suriyalı həmkarı Əsəd Həsən Şeybani arasında keçiriləcək görüşlərdə Suriyada davamlı sülh, sabitlik və rifahın təmin olunması, ikitərəfli əlaqələrin inkişafı, ticarət, enerji və nəqliyyat sahələrində əməkdaşlığın gücləndirilməsi müzakirə ediləcək.
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, təcili enişə səbəb təyyarənin mühərrikində yaranan nasazlıq səbəb olub.
Azərbaycana səfər edən Türkiyə vətəndaşının taksidə yaşadığı maraqlı hadisə sosial şəbəkələrdə gündəm olub. Primeinfo.az NOCOMMENT.az-a istinadən xəbər verir ki, türkiyəli turistin iddiasına görə, taksi sifariş etdikdən sonra sürücü özünü yorğun hiss etdiyini və avtomobili idarə edə bilməyəcəyini deyib. Daha sonra isə sükanı sərnişinə həvalə edib.
Türkiyənin Antalya vilayətində meşəlik ərazidə yanğın başlayıb. Primeinfo.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Qeyd olunub ki, yanğının söndürülməsinə 5 təyyarə, 15 helikopter, 75 yanğınsöndürən maşın, 3 ağır texnika və 450 nəfərdən ibarət heyət cəlb edilib.
Türkiyənin İstanbul vilayətində məşhur aktyor Serhat Mustafa Kılıç evində ölü tapılıb. Primeinfo.az xəbər verir ki,cümə axşamından bəri aktyordan xəbər ala bilməyən sevgilisi Özlem E. saat 17:00 radələrində onun Nurtepe məhəlləsindəki mənzilinə gəlib.
Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücumla bağlı məhkəmə işində təqsirləndirilən Peyman Pınar Mersinli barəsində yenidən həbs qərarı verilib. Primeinfo.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. Məlumata görə, Kahramanmaraş 3-cü Ağır Cinayət Məhkəməsi iş üzrə ilk iclasda hücumu törədən şagirdin atası Uğur Mersinlinin həbsdə saxlanılmasını davam etdirib, anası Peyman Pınar Mersinlinin isə azadlığa buraxılmasına qərar verib.
Türkiyənin Kocaeli vilayətinin Çayırova rayonunda Aviasiya Elmləri Mərkəzi kimi istifadə edilən “Airbus A340” sərnişin təyyarəsində yanğın baş verib.