İstanbul bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğlunun müşaviri İbrahim Özkan da saxlanılıb. Primeinfo.az “TRT Haber”ə istinadən bildirir ki, o, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan korrupsiya istintaqı çərçivəsində tutulub. Xatırladaq ki, Türkiyədə Əkrəm İmamoğlu barəsində “cəsusluq”, “cinayətkar təşkilatın rəhbəri olmaq”, “cinayətkar təşkilatın üzvü olmaq”, “hədə-qorxu ilə tələb etmə”, “rüşvət alma”, “ağırlaşdırılmış dələduzluq”, “şəxsi məlumatların qanunsuz əldə edilməsi” və “tender saxtakarlığı” ittihamı ilə istintaq aparılır.
Monteneqro Ali Məhkəməsi əvvəllər Podqoritsada baş verən insidentlə əlaqədar həbs olunan Türkiyə və Azərbaycan vətəndaşlarının həbsini ləğv edib.
Türkiyə İqtisadi İnkişaf Agentliyinin (TİKA) sədri Abdullah Eren Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
Türkiyə Avropa İttifaqının (Aİ) tamhüquqlu üzvlüyünə doğru sürətlə irəliləyə bilər. Primeinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Kansleri Merzlə görüşdən sonra birgə mətbuat konfransında bildirib. O qeyd edib ki, Türkiyə Brüsselin Ankaranın bu məsələdə qətiyyətini düzgün qiymətləndirməsi ilə Aİ-nin tamhüquqlu üzvlüyünə doğru sürətlə irəliləyə bilər.
“DeFacto” mağazaları Azərbaycanda fəaliyyətini tam dayandırıb. Primeinfo.az-ın məlumatına görə, Türkiyənin geyim markasının Bakı, Sumqayıt və Gəncədəki filialları ölkə bazarından tamamilə çıxıb. Qeyd edək ki, Türkiyənin hazır geyim və moda markalarından biri olan “DeFacto” 2015-ci ildə Azərbaycan bazarına daxil olub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2025-ci il Atatürk Beynəlxalq Sülh Mükafatını BMT-nin Baş katibi Antonio Quterreşə təqdim edəcəyini açıqlayıb. Primeinfo.az xəbər verir ki, Ərdoğan bunu Ankarada Cumhuriyyətin 102-ci il dönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib. “Atatürk Beynəlxalq Sülh Mükafatımızı Birləşmiş Millətlər Təşkilatının Baş katibi cənab Antonio Quterreşə təqdim edəcəyik.
İrəvanda Ermənistanın Radio və Televiziya Komissiyasının təşkilatçılığı ilə Avropa Tənzimləyici Orqanlar Platformasının (EPRA) iclası keçirilib. Primeinfo.azTeleqraf-a istinadən xəbər verir ki, tədbirdə Türkiyə Radio və Televiziya Üst Kurulu (RTÜK) üzvləri də iştirak ediblər. Sessiya zamanı audiovizual media sektorunda cari durum, üzv təşkilatlar arasında əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Bakıda Heydər Əliyev Mərkəzi Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə bu ölkənin bayrağı ilə proyeksiya olunub.
Prezident İlham Əliyev Türkiyənin milli bayramı – Respublika Günü münasibətilə instaqram hesabında paylaşım edib.
Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında iştirak etmək üçün Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) büro üzvü Hasan Turan oktyabrın 28-də Xankəndi və Şuşa şəhərlərinə səfər edib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Primeinfo.az-a bildirilib ki, Xankəndi şəhərinə gələn Hasan Turan burada Zəfər meydanında və Qarabağ Universitetində olub. O, Xankəndidə Azərbaycan dövləti tərəfindən həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri ilə tanış olub, burada universitetin tələbələri ilə söhbət edib.