Xəbər axtarın

Son axtarış nəticələri:

Rayonlarda SEL OLACAQ - XƏBƏRDARLIQ

11.05.2026 15:57

Rayonlarda SEL OLACAQ - XƏBƏRDARLIQ

Mayın 12-14-də əsasən günün ikinci yarısında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Bu barədə Primeinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

Paylaş: