Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: azərbaycan

Roma Papasının Azərbaycana səfəri gündəlikdədir

Roma Papası XIV Leonun Azərbaycana səfəri məsələsi gündəlikdədir. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycanda katolik kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete bildirib. Din xadimi səfərin gələn il reallaşacağı ehtimalının az olduğunu bildirib.

Azərbaycanla Britaniya arasında ticarət dövriyyəsi artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanla Böyük Britaniya arasında ticarət əməliyyatlarının həcmi 1,040 milyard ABŞ dolları təşkil edib. Primeinfo.az bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib. Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 399,5 milyon ABŞ dolları və ya 1,6 dəfə çoxdur.

Rumıniya Azərbaycandan neft tədarükünü əhəmiyyətli dərəcədə artırıb

Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan Rumıniyaya 559,7 milyon ABŞ dolları dəyərində 1,043 milyon ton həcmində bitumlu süxurlardan əldə edilmiş xam neft və neft məhsulları ixrac olunub. Primeinfo.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 191,1 milyon dollar və ya 51,8 , həcm baxımından isə 419 min ton və ya 67,1 faiz artıb.

Azərbaycan-ABŞ Strateji İşçi Qrupunun ilk iclası keçirilib

Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının (STX) hazırlanması üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib. Bu barədə Primeinfo.az Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. İclas onlayn formatda və tam tərkibdə keçirilib.

Moldova Azərbaycanla ticari əməkdaşlığı genişləndirmək niyyətindədir

Moldovanın Baş naziri Aleksandru Muntyanu və Azərbaycanın bu ölkədəki səfiri Ulvi Baxşəliyev ikitərəfli ticarətin genişləndirilməsini müzakirə ediblər. Primeinfo.az xəbər verir ki, bu barədə Moldova hökuməti məlumat yayıb. Görüş zamanı tərəflər ticarət-iqtisadi və mədəni sahələrdə əlaqələr barədə fikir mübadiləsi aparıblar.

Azərbaycan ilə Ruanda arasında hava əlaqəsi yaradılacaq

Azərbaycan ilə Ruanda arasında hava əlaqəsi qurulacaq. Primeinfo.az xəbər verir ki, bu, parlamentin 16 dekabrda keçiriləcək iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikası Hökuməti ilə Ruanda Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanunun layihəsində əksini tapıb.