Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: azərbaycan

Azərbaycan əhalisinin sayı AÇIQLANIB

Azərbaycan əhalisinin sayı AÇIQLANIB

İlin əvvəlindən ölkə əhalisinin sayı 9287 nəfər və ya 0,1 faiz artaraq 2026-cı il iyun ayının 1-i vəziyyətinə 10271638 nəfərə çatıb. Dövlət Statistika Komitəsindən Primeinfo.az-a verilən məlumata görə, ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Nazir: "Azərbaycan Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə çağırır"

Nazir: "Azərbaycan Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə çağırır"

Rusiya və Ukrayna arasında davam edən silahlı münaqişə ilə bağlı dərin narahatlığımızı ifadə etdik. Primeinfo.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında deyib. Nazir bildirib ki, bu münaqişə daha geniş regionda sabitliyə ciddi mənfi təsir göstərməkdə davam edir: “Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini ardıcıl şəkildə təsdiqləyir, gərginliyin azaldılmasına və münaqişənin sülh yolu ilə həllinə çağırır”.

Azərbaycan “Metrik Konvensiya”ya QOŞULUB

Azərbaycan “Metrik Konvensiya”ya QOŞULUB

Azərbaycan “Metrik Konvensiya”ya qoşulub. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə qanunu təsdiqləyib. Beləliklə, Azərbaycan Respublikası 1875-ci il mayın 20-də Paris şəhərində imzalanmış “Metrik Konvensiya”ya qoşulub.

Ceyhun Bayramov BMT-nin Azərbaycanda yeni rezident əlaqələndiricisi ilə görüşüb

Ceyhun Bayramov BMT-nin Azərbaycanda yeni rezident əlaqələndiricisi ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi Dmitri Şlapaçenkonu qəbul edib. Bu barədə Primeinfo.az-a XİN-dən məlumat verilib. Görüş zamanı Azərbaycan ilə BMT arasında mövcud əməkdaşlıq gündəliyi, tərəfdaşlığın perspektivləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Bakıda ABŞ-nin Müstəqillik Günü qeyd edilib - FOTO

Bakıda ABŞ-nin Müstəqillik Günü qeyd edilib - FOTO

İyulun 1-də Bakıda ABŞ-nin müstəqilliyinin elan olunmasının 250-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Primeinfo.az xəbər verir ki, ABŞ-nin ölkəmizdəki səfirliyinin təşkil etdiyi tədbirdə əvvəlcə Azərbaycanın və ABŞ-nin Dövlət himnləri səsləndirilib. Səfirliyin müvəqqəti işlər vəkili Emi Karlon deyib ki, 250 il ərzində ABŞ azadlıq, innovasiya, sahibkarlıq və inkişaf prinsipləri üzərində formalaşıb.

Lyayen: "Azərbaycan Aİ üçün etibarlı tərəfdaş olduğunu sübut edib"

Lyayen: "Azərbaycan Aİ üçün etibarlı tərəfdaş olduğunu sübut edib"

“Azərbaycan Aİ üçün etibarlı tərəfdaş olduğunu sübut edib”. Primeinfo.az xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Prezident İlham Əliyevlə mətbuata birgə bəyanatında deyib.   Avropa Komissiyasının Prezidenti növbəti mərhələnin astanasında olduqlarını bildirib: “Xəzər dənizində Azərbaycanın böyük potensialı bar.