Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: azərbaycan

Prezident İordaniya rəsmilərini qəbul edib - FOTO

Prezident İordaniya rəsmilərini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Mazen Torki Saud Əl-Qadinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq, tranzit yüklərin tədarükü həyata keçiriləcək. Primeinfo.az xəbər verir ki, 17 vaqondan ibarət, çəkisi 1000 tona yaxın olan dizel yanacağı 21 iyun tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək. Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 13 min tondan çox dizel, 4 min tondan çox Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Azərbaycan “Metrik Konvensiya”ya qoşulacaq

Azərbaycan “Metrik Konvensiya”ya qoşulacaq

Azərbaycan “Metrik Konvensiya”ya qoşulacaq. Primeinfo.az xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

İslam İnkişaf Bankının Müdirlər Şurasına sədrlik Burkina Fasoya TƏHVİL VERİLİB - FOTO

İslam İnkişaf Bankının Müdirlər Şurasına sədrlik Burkina Fasoya TƏHVİL VERİLİB - FOTO

İyunun 19-da İslam İnkişaf Bankı (İİB) Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının son günündə İİB-nin Müdirlər Şurasına sədrlik Azərbaycan Respublikasından Burkina Fasoya təhvil verilib. Primeinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ali himayəsi altında keçirilən İİB Qrupunun İllik Toplantıları çərçivəsində təşkil olunan tədbirdə İİB Qrupuna daxil olan qurumların fəaliyyətinin strateji istiqamətləri, əldə olunmuş nəticələr və qarşıdakı dövr üzrə prioritetlər nəzərdən keçirilib. Müzakirələr zamanı inklüziv iqtisadi inkişafın təşviqi, dayanıqlı maliyyələşdirmə mexanizmlərinin genişləndirilməsi və üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.