Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: azərbaycan

Macarıstan XİN-in dövlət katibi Azərbaycana səfər edəcək

Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin təhlükəsizlik siyasəti və enerji təhlükəsizliyi üzrə dövlət katibi Peter Staray Azərbaycana səfər edəcək. Primeinfo.az-ın əldə etdiyi xəbərə görə, o, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Bakıda keçiriləcək iclasında iştirak edəcək. Qeyd edək ki, bu il martın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası keçiriləcək.

Azərbaycanla Çad arasında İKT sahəsində əməkdaşlıq müzakirə edilib - FOTO

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Çad Respublikasının rabitə, rəqəmsal iqtisadiyyat və rəqəmsallaşma naziri Boukar Mişel ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə RİNN məlumat yayıb. Bildirilib ki, görüşdə iki ölkə arasında İKT sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Mirzoyan AŞPA prezidenti ilə Azərbaycanla sülhdən danışdı

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Strasburqa işgüzar səfəri çərçivəsində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni seçilmiş prezidenti Petra Bayr ilə görüşüb. Primeinfo.az “Armenpress”ə istinadən xəbər verir ki, görüşdə regional təhlükəsizlik və sülh prosesi müzakirə mövzularından biri olub. A.