Futbol üzrə dünya çempionatında Fransa Paraqvayı məğlub edib. Primeinfo.az xəbər verir ki, Filadelfiya stadionunda keçirilən 1/8 final mərhələsinin matçında avropalılar minimal hesabla qələbə qazanıblar- 1:0. 70-ci dəqiqədə kobud oyuna görə təyin olunan penaltini Kilian Mbappe qola çevirib.
2026-cı il futbol üzrə dünya çempionatının 1/8 final mərhələsinin ilk oyununda Kanada və Mərakeş milliləri üz-üzə gəliblər. Primeinfo.az xəbər verir ki, ABŞ-nin Hyuston şəhərində yerləşən “NRG Stadium”da keçirilən görüşü İngiltərədən olan baş hakim Maykl Oliver idarə edib. Qarşılaşma Mərakeş millisinin 0:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Futbol üzrə dünya çempionatının Kanada – Mərakeş oyunu başlayıb.
DÇ-2026-da 1/8 finala bu gün start veriləcək.
Argentina millisinin hücumçusu Lionel Messi dünya çempionatının (DÇ-2026) ən yaxşı bombardirləri siyahısında liderliyi ələ alıb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, 1/16 final çərçivəsində Kabo-Verde yığmasına qarşı keçirilən matçda (əlavə vaxtda 3:2) fərqləndikdən sonra Messinin aktivində 7 qol var. O, eyni mərhələdə İsveçlə (3:0) dubl edərək turnirdə qollarının sayını 6-ya yüksəldən fransız forvard Kilian Mbappeni geridə qoyub.
Futbol üzrə dünya çempionatında 1/16 final mərhələsində daha bir görüş başa çatıb. Primeinfo.az xəbər verir ki, Dallas şəhərində görüşdə Avstraliya Misirlə qarşılaşıb. Oyunun əsas və əlavə vaxtında qalib müəyyən olunmayıb – 1:1.
Almaniya Futbol Assosiasiyası (DFB) millinin baş məşqçisi Yulian Naqelsmannın vəzifəsindən ayrıldığını açıqlayıb. Primeinfo.az alman mediasına istinadən xəbər verir ki, qərar Almaniya yığmasının 2026 FIFA Dünya Çempionatının 1/16 final mərhələsində Paraqvaya penaltilər seriyasında gözlənilmədən məğlub olaraq mübarizəni dayandırmasından sonra verilib. Almaniya Futbol Assosiyasının prezidenti Bernd Neuendorf yaydığı bəyanatda Naqelsmanna göstərdiyi xidmətlərə görə təşəkkür edib.
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin 12 oyunu başa çatıb. Primeinfo.az xəbər verir ki, bununla da mundialda 1/8 finalın 6 cütlüyü müəyyənləşib. Son 2 cütlük bu gün və sabah keçiriləcək matçlardan sonra bəlli olacaq.
Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo dünya çempionatlarında yeni rekorda imza atıb. Primeinfo.az Apasport-a istinadən xəbər verir ki, 41 yaş 147 günlük ulduz futbolçu DÇ-2026-nın 1/16 finalında Xorvatiyaya qarşı start heyətində meydana çıxıb. Bununla Ronaldo mundialın pley-off oyunlarında iştirak edən ən yaşlı futbolçu kimi tarixə düşüb.
Futbol üzrə 2026-cı ilin Dünya Çempionatında 1/16 final mərhələsi davam edir. Primeinfo.az xəbər verir ki, bu gün də futbol azarkeşlərini maraqlı oyunlar gözləyir. Axşam saat 23:00-da İspaniya – Avstriya oyunu başlayacaq.