Futbol üzrə 2026-cı ilin Dünya Çempionatında 1/16 final mərhələsi davam edir. Primeinfo.az xəbər verir ki, bu gün də maraqlı oyunlar var. Axşam saat 20:00 İngiltərə – Konqo Demokratik Respublikası oyunu başlayacaq.
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin növbəti oyunları keçirilib. Primeinfo.az Milli.az-a istinadən xəbər verir ki, baş tutan qarşılaşmalardan sonra daha iki komandanın 1/8 finaldakı rəqibləri müəyyənləşib. Günün diqqətçəkən görüşlərindən birində Fransa millisi İsveç yığması ilə üz-üzə gəlib.
Paraqvay millisinin yarımmüdafiəçisi Xulio Ensiso komandasının dünya çempionatlarının pley-off mərhələləri tarixindəki ilk qoluna imza atmaqla tarixə düşüb. Primeinfo.az Report-a istinadən xəbər verir ki, futbolçu bunu DÇ-2026-nın 1/16 finalında baş tutan Almaniya ilə oyunda reallaşdırıb. Paraqvay komandası bundan əvvəl pley-off mərhələsində keçirdiyi 5 oyunda rəqib qapılarına yol tapa bilməyib.
DÇ-2026: Üç oyun, üç 1/8 final bileti – günün AFİŞASI DÇ-2026 Xəbərlər 30 İyun 2026 09:46 84 DÇ-2026: Üç oyun, üç 1/8 final bileti – günün AFİŞASI Futbol üzrə DÇ-2026-da 1/16 final mərhələsinin növbəti oyunları keçiriləcək. İdman.Biz xəbər verir ki, günün proqramında üç qarşılaşma yer alıb. İlk oyun Bakı vaxtı ilə saat 21:00-da Kot-d’İvuar və Norveç yığmaları arasında baş tutacaq.
Futbol üzrə 2026-cı ilin dünya çempionatı davam edir. Bu gün dünyanın idman arenalarında bir sıra oyunlar keçiriləcək. Primeinfo.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir: 29 iyun DÇ-2026 21:00 Braziliya – Yaponiya (İctimai TV, TRT 1) 30 iyun 00:30 Almaniya – Paraqvay (İctimai TV, TRT 1) 05:00 Niderland – Mərakeş (İctimai TV, TRT 1)
Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti Yasir Əl-Mişhal DÇ-2026-da milli komandanın uğursuz çıxışından sonra istefa verib. Primeinfo.az QOL.az-a istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. “İdarə Heyətindəki həmkarlarımla birlikdə Səudiyyə futbolunun inkişafı üçün əlimizdən gələni etdik və ölkəmizin, azarkeşlərimizin gözləntilərini doğrultmağa çalışdıq.
Futbol üzrə dünya çempionatının Cənubi Afrirka Respublikası (CAR) – Kanada oyunu başlayıb. Primeinfo.az-ın məlumatına görə, 1/16 final mərhələsinin matçı Los-Anceles stadionunda keçirilir. Qarşılaşmanı portuqaliyalı FIFA referisi Juan Pineyru idarə edir.
Britaniyanın analitik şirkəti “Opta”nın superkompüteri DÇ-2026-nın qrup mərhələsinin rəmzi komandasını seçib.
ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatı bir turnir ərzində vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib. Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, hazırda davam edən mundialda ümumilikdə 177 dəfə fərqlənmək mümkün olub. Xatırladaq ki, bundan əvvəlki ən yüksək göstərici 2022-ci ildə Qətərdə təşkil edilən dünya çempionatında (172 qol) qeydə alınıb.
Futbol üzrə 2026-cı ilin Dünya Çempionatında 3-cü turun oyunları bu gün də davam edəcək. Primeinfo.az xəbər verir ki, iyunun 26-da mundialın növbəti oyunları saat 23:00-da start götürəcək. Həmin saatda Norveç Fransa ilə, Seneqal İraqla qarşılaşacaq.