ABŞ, Kanada və Meksikada keçirilən futbol üzrə dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanan 19 komanda bəlli olub. Primeinfo.az Report-a istinadən xəbər verir ki, Meksika, CAR, İsveçrə, Kanada, Bosniya və Herseqovina, Braziliya, Mərakeş, ABŞ, Almaniya, Fransa, Norveç, Argentina, Kolumbiya, Yaponiya, Niderland, İsveç, Avstraliya, Fildişi Sahili, Ekvador 1/16 finalda oynamaq hüququ qazanıblar. 1/16 finalda üz-üzə gələcək 4 cüt də artıq müəyyənləşib.
Futbol üzrə dünya çempionatında Türkiyə və ABŞ yığmaları arasında keçirilən D qrupunun III turunun matçının ən yaxşı oyunçusu bəlli olub. Primeinfo.az xəbər verir ki, “ay-ulduzlular”ın heyətində Arda Güler oyunun ən yaxşısı adına layiq görülüb. 21 yaşlı yarımmüdafiəçi qarşılaşmaya start heyətdə başlayıb və 10-cu dəqiqədə qol vurmağı bacarıb.
Futbol üzrə dünya çempionatında (DÇ-2026) D qrupunun oyunları yekunlaşıb. Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, son turda Paraqvay millisi Avstraliya ilə, Türkiyə millisi isə ABŞ ilə qarşılaşıblar. San-Fransiskoda “Levi’s Stadium”da baş tutan Paraqvay – Avstraliya oyunu gözlənildiyi kimi, qolsuz bərabərliklə başa çatıb.
DÇ-2026-da qrup mərhələsinin 3-cü turu çərçivəsində oyunlar davam edir. Primeinfo.az xəbər verir ki, 25 iyundan 26-na keçən gecə maraqlı qarşılaşmalar baş tutacaq. Saat 00:00-da E qrupunun Kurasau millisi Fil Dişi Sahili ölkəsinin yığma komandası ilə görüşəcək.
Braziliya millisinin tarixində ən yaxşı bombardir olan Neymar 980 günlük fasilədən sonra yenidən milli komandanın formasını geyinib. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, 34 yaşlı hücumçu DÇ-2026-nın qrup mərhələsinin III turunda Şotlandiyaya qarşı keçirilən oyunun 76-cı dəqiqəsində meydana daxil olub. O, baldır əzələsindən aldığı zədə səbəbindən turnirdə komandasının ilk iki matçını buraxmışdı.
DÇ-2026-da A qrupunun III tur oyunları keçirilib. Primeinfo.az Apasport-a istinadən xəbər verir ki, turun hər iki görüşü eyni saatda – Bakı vaxtilə 05:00-da başlayıb. Meksika Çexiya üzərində inamlı qələbə qazanıb: 3:0.
Dünya çempionatında qrup mərhələsinin 3-cü turuunda qrup mərhələsinin oyunları həm İTV, həm də “CBC Sport” vasitəsilə canlı yayımlanacaq. Modern.az xəbər verir ki,buna səbəb qruplardakı oyunların eyni saatda başlamasıdır. Oyunların yayım cədvəli: A qrupu Çexiya – Meksika | 25 iyun, 05:00 (İTV) CAR – Koreya | 25 iyun, 05:00 (CBC Sport) B qrupu İsveçrə – Kanada | 24 iyun, 23:00 (İTV) Bosniya və Herseqovina – Qətər | 24 iyun, 23:00 (CBC Sport) C qrupu Braziliya – Şotlandiya | 25 iyun, 02:00 (İTV) Mərakeş – Haiti | 25 iyun, 02:00 (CBC Sport) D qrupu Türkiyə – ABŞ | 26 iyun, 06:00 (İTV) Paraqvay – Avstraliya | 26 iyun, 06:00 (CBC Sport) E qrupu Ekvador – Almaniya | 25 iyun, 23:55 (İTV) Kurasao – Kot-d’İvuar | 25 iyun, 23:55 (CBC Sport) F qrupu Tunis – Niderland | 26 iyun, 03:00 (CBC Sport) Yaponiya – İsveç | 26 iyun, 03:00 (İTV) G qrupu Misir – İran | 27 iyun, 07:00 (İTV) Yeni Zelandiya – Belçika | 27 iyun, 07:00 (CBC Sport) H qrupu Uruqvay – İspaniya | 27 iyun, 04:00 (İTV) Kabo-Verde – Səudiyyə Ərəbistanı | 27 iyun, 04:00 (CBC Sport) I qrupu Norveç – Fransa | 26 iyun, 23:00 (İTV) Seneqal – İraq | 26 iyun, 23:00 (CBC Sport) J qrupu İordaniya – Argentina | 28 iyun, 06:00 (İTV) Əlcəzair – Avstriya | 28 iyun, 06:00 (CBC Sport) K qrupu Kolumbiya – Portuqaliya | 28 iyun, 03:30 (İTV) Konqo DR – Özbəkistan | 28 iyun, 03:30 (CBC Sport) L qrupu Panama – İngiltərə | 28 iyun, 01:00 (CBC Sport) Xorvatiya – Qana | 28 iyun, 01:00 (İTV)
Bu gün ABŞ, Kanada və Meksikada keçirilən futbol üzrə 2026-cı ilin Dünya Çempionatında 3-cü turun oyunlarına start veriləcək. Primeinfo.az xəbər verir ki, saat 23:00-da İsveçrə Kanada ilə oynayacaq. Eyni saatda Bosniya və Herseqovina Qətəryığması ilə qarşılaşacaq.
ABŞ, Kanada və Meksikada keçirilən futbol üzrə 2026-cı ilin Dünya Çempionatında 2-ci turun oyunları davam edir. Primeinfo.az-ın məlumatına görə, iyunun 23-də K qrupunda maraqlı oyun gözlənilir. Axşam saat 21:00-da Portuqaliya millisi Özbəkistan yığması ilə qarşılaşacaq.
Argentina millisinin hücumçusu Lionel Messi dünya çempionatları tarixinin ən yaxşı bombardiri olub. Primeinfo.az QOL.az-a istinadən xəbər verir ki, bu, 2026-cı il dünya çempionatının J qrupunun 2-ci turunda Avstriya yığması ilə keçirilən matçda qeydə alınıb. Messi mundiallarda 17-ci qolunu vuraraq bu göstəricidə 16 qolla Miroslav Klozeni geridə qoyub.