Futbol üzrə dünya çempionatında Argentina və Əlcəzair yığmaları arasında keçirilən J qrupunun matçının ən yaxşı oyunçusu bəlli olub. Primeinfo.az xəbər verir ki, argentinalıların heyətində Lionel Messi oyunun ən yaxşısı adına layiq görülüb. Futbolçu sözügedən matçda (3:0) het-trik müəllifi olub.
Futbol üzrə 2026-cı il dünya çempionatı davam edir. Primeinfo.az QOL.az-a istinadən xəbər verir ki, bu gün 4 qrupda 5 matç keçirilir. Əvvəlcə İ qrupunda Norveç İraqı sınağa çəkib.
İyunun 16-da Bakı vaxtı ilə axşam saatlarında DÇ-2026-nın qrup mərhələsi çərçivəsində daha bir oyun keçiriləcək. Primeinfo.az xəbər verir ki, I qrupunda Fransa və Seneqal milliləri üz-üzə gələcək. Oyun saat 23:00-da başlayacaq.
ABŞ, Kanada və Meksikada keçirilən dünya çempionatında qalmaqallar bitmir. Primeinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu dəfə Uruqvay millisinin futbolçuları çətin vəziyyətdə qalıb. Onlar Səudiyyə Ərəbistanı ilə ilk turun oyununa gələrkən ciddi yoxlanışdan keçiblər.
ABŞ-nin Kaliforniya ştatının İnqlvud şəhərində keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsi çərçivəsində İran və Yeni Zelandiya milliləri qarşılaşıblar. Primeinfo.az xəbər verir ki, görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb. Bu nəticədən sonra İran və Yeni Zelandiya millilərinin hərəsinin aktivində bir xal var.
ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatında növbəti oyunlar keçiriləcək. Primeinfo.az xəbər verir ki, H qrupunda İspaniya millisi Kabo Verde ilə üz-üzə gələcək. Bu görüş saat 20:00-da başlayacaq.
Futbol üzrə dünya çempionatının Almaniya – Kurasao oyununda hesab açılıb. Primeinfo.az xəbər verir ki, Hyuston stadionunda keçirilən E qrupunun matçında avropalılar hesabda irəli çıxıblar. *** 21:02 6-cı dəqiqədə Feliks Nmeça dəqiq zərbə müəlifi olub.
Dünya çempionatında emosiyaları kənara qoymaq lazımdır. Primeinfo.az xəbər verir ki, bu barədə futbol üzrə Paraqvay millisinin baş məşqçisi Qustavo Alfaro açıqlama verib. 63 yaşlı mütəxəssis ABŞ yığmasına 1:4 hesabı ilə uduzduqları DÇ-2026-nın qrup mərhələsinin I turunun oyunundan sonra fikirlərini bölüşüb: “Mundialda emosiyaları kənara qoymaq lazımdır.
2026-cı il dünya çempionatında B qrupunun oyunlarına start veriləcək. Primeinfo.az xəbər verir ki, ev sahiblərindən olan ABŞ millisi ilk matçında Paraqvay ilə qarşılaşacaq. Los Anceles stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə sabah səhər saat 05:00-da başlayacaq.
Futbol üzrə Dünya Çempionatının açılış mərasiminin Azərbaycan İctimai Televiziyasının YouTube platformasında yayımlanmaması azarkeşlərdə məyusluq yaradıb. Məyusluq yaradan nüanslardan biri də Dünya Çempionatının bütün oyunlarının YouTube üzərindən yayımlanmayacağı ilə bağlıdır. Primeinfo.az xəbər verir ki, bu barədə Modern.az-a açıqlamasında İctimai Televiziyanın mətbuat katibi Ələsgər Vəliyev bildirib ki, YouTube üzərindən yalnız 15 oyunun yayımlanması FIFA-nın lisenziya qaydaları ilə tənzimlənir və bu məhdudiyyət televiziya kanalının qərarı deyil.