Fransa Prezidenti Emmanuel Makron Yaxın Şərqdə artan gərginlik fonunda İsrail və Livanı birbaşa danışıqlara başlamağa çağırıb və mümkün atəşkəs müzakirələrinə Parisdə ev sahibliyi etməyə hazır olduğunu bəyan edib. Primeinfo.az xəbər verir ki, bu barədə Fransa lideri X hesabı üzərindən etdiyi paylaşımında bildirib. O, Livan Prezidenti Cozef Aun, Baş nazir Nəvaf Salam və Parlamentin sədri Nəbih Berri ilə telefon danışığı apardığını bildirib.
Fransa Prezidenti Emmanuel Makron martın 8-də Prezidenti İlham Əliyevə zəng edib.
Fransa Prezidenti Emmanuel Makronun mayın 4-də Ermənistana ikigünlük səfəri planlaşdırılır. Primeinfo.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Fransadakı fəxri konsulu Denis Corkayeff bildirib. Səfər çərçivəsində Fransa liderinin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcəyi və İrəvanda keçiriləcək Avropa Siyasi Birliyi sammitində iştirak edəcəyi gözlənilir
Fransa Prezidenti Emmanuel Makron 17-19 fevral tarixlərində Hindistana səfər edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə bu gün Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Makron Baş nazir Narendra Modi ilə danışıqlar aparacaq.
ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makronun ona göndərdiyi şəxsi mesajı sosial şəbəkədə paylaşıb. Primeinfo.az xəbər verir ki, Tramp Makronun “özəl mesaj”ını “Truth Social” platformasında dərc edib. Makron Trampa göndərdiyi mesajda Parisdə G7 sammitinin keçirilməsini təklif edib.
Fransa Prezidenti Emmanuel Makron bu gün ölkənin Silahlı Qüvvələri qarşısında çıxışı zamanı sağ gözünün qızarması ilə diqqət çəkib. Primeinfo.az xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb. Mərasimə gün eynəyi ilə gələn, lakin çıxış zamanı onları çıxaran Makron görünüşü ilə bağlı zarafat etməkdən də çəkinməyib.
Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukrayna ərazisinə beynəlxalq qüvvələrin yerləşdirilməsi ilə bağlı niyyət bəyannaməsi imzalayıblar. Primeinfo.az xəbər verir ki, sənəd tərəflər arasında keçirilən üçtərəfli görüş zamanı imzalanıb. Bəyannaməyə əsasən, beynəlxalq qüvvələrin Ukraynada yerləşdirilməsi təhlükəsizliyin təmin edilməsi və strateji sabitliyin qorunması məqsədi daşıyır.
Fransa Prezidenti Emmanuel Makron Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb və tərəflər Ukrayna münaqişəsinin həlli üçün əlavə addımları müzakirə ediblər.
Fransa Prezidenti Emmanuel Makronun Çinə üçgünlük dövlət səfəri başlayıb. Primeinfo.az xəbər verir ki, bu barədə “TV5Monde” məlumat yayıb. Dekabrın 4-də Fransa prezidentinin Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşü nəzərdə tutulub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla telefon danışığı aparıb. Primeinfo.az xəbər verir ki, bu barədə “Report” Türkiyənin Kommunikasiya İdarəsinə istinadən bildirib. Telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə baş tutub.