Ukrayna Prezidenti Volodimir Zelenski Fransada səfərdədir. Primeinfo.az “France 24”ə istinadən xəbər verir ki, Parisdəki Yelisey Sarayında Zelenskini Fransa Prezidenti Emmanuel Makron qarşılayıb. Liderlərin Ukrayna müharibəsi ilə bağlı mövcud vəziyyəti, eləcə də ABŞ Prezidenti Donald Trampın münaqişənin həllinə dair təklif etdiyi sülh planını müzakirə edəcəyi gözlənilir.
Fransa Prezidenti Emmanuel Makron dekabrın 1-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək. Primeinfo.az xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb. Məlumata görə, tərəflər Cenevrədəki müzakirələr, ABŞ-ın təqdim etdiyi plan və Avropa tərəfdaşları ilə koordinasiya kontekstində mövcud vəziyyəti, habelə davamlı və ədalətli sülhün şərtlərini müzakirə edəcəklər.
Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı apardığını açıqlayıb. Primeinfo.az xəbər verir ki, dövlət başçısı bu barədə “Telegram”da yazıb. Onun sözlərinə görə, Cenevrədə Ukrayna nümayəndə heyəti tərəfdaşlarla danışıqları davam etdirir və bu prosesin praktiki nəticə verməsi, Ukrayna və bütövlükdə Avropanı etibarlı sülhə və təhlükəsizliyə yaxınlaşdırması xüsusi əhəmiyyət daşıyır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Afrika Respublikasında keçirilən G20 zirvəsi çərçivəsində Fransa Prezidenti Emanuel Makronla görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminstrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb. Qeyd edək ki, bundan öncə Türkiyə və Fransa prezidentləri BMT Baş Qərargahında görüşüb.
Almaniya, Fransa və Böyük Britaniya liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. Primeinfo.az “Reuters“ə istinadən xəbər verir ki, bu barədə Almaniya hökuməti məlumat yayıb. Bildirilib ki, Avropa liderləri Zelenski ilə söhbət zamanı Ukraynanın öz suverenliyini qoruyub saxlamalı olduğunu vurğulayıblar.
Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Fransaya səfəri çərçivəsində Prezident Emmanuel Makronla ölkəsinin müdafiə qabiliyyətini gücləndirməyə yönəlmiş strateji razılaşma imzalayıb. Primeinfo.az xəbər verir ki, bu barədə “Unian“ məlumat yayıb. Səfər zamanı imzalanan sənədlər Fransanın Ukraynaya hava hücumundan müdafiə sistemləri, döyüş təyyarələri və raket tədarükünü əhatə edir.
Ermənistanın Baş naziri Nikol Paşinyan Yelisey Sarayında Fransa Prezidenti Emmanuel Makronla görüşüb. Primeinfo.az Ermənistan mediasına istinadən xəbər verir ki, görüş Paşinyanın Fransaya işgüzar səfəri çərçivəsində baş tutub. Qeyd edək ki, səfər çərçivəsində Paşinyan 8-ci Paris Sülh Konfransında iştirak edib.
Ermənistanın Baş naziri Nikol Paşinyan 29–30 oktyabr tarixlərində Fransaya işgüzar səfərə gedir. Primeinfo.az xəbər verir ki, səfər çərçivəsində o, 8-ci Paris Sülh Konfransında iştirak edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək. Oktyabrın 30-da isə Nikol Paşinyanın Fransa Prezidenti Emmanuel Makron ilə Yelisey Sarayında görüşü nəzərdə tutulub.
Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitində maraqlı anlar yaşanıb. Primeinfo.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana yaxınlaşaraq, onlarla səmimi şəkildə görüşərək, sağollaşıb. Həmin görüntüləri təqdim edirik: https://www.youtube.com/shorts/vO-asDR_rK4
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 2-də Kopenhagendə Fransa Respublikasının Prezidenti Emmanuel Makron ilə görüşü olub.