Avqustda Bakıda havanın temperaturu 27 gün normadan yuxarı olub
Avqustda Bakıda havanın temperaturu 27 gün normadan yuxarı olub. Bu barədə Primeinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, 2026-cı ilin avqust ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 27 gün normadan yuxarı (0–5 dərəcə), 4 gün isə normadan aşağı (0–3 dərəcə) olub.