Xəbər axtarın

Son axtarış nəticələri:

İdman zalında ölən vəzifəli şəxslə bağlı yeni FAKT - FOTO

22.05.2026 15:55

İdman zalında ölən vəzifəli şəxslə bağlı yeni FAKT - FOTO

Bakıda yerləşən idman zallarından birində məşq zamanı vəfat edən Milli Aviasiya Akademiyasının Elmi informasiya və patent şöbəsinin müdiri Fuad Mirzəyev barədə yeni məlumatlar məlum olub.

Primeinfo.az xəbər verir ki, mərhumun ailə üzvlərinin Metbuat.az-ın bölgə müxbirinə verdiyi məlumata görə, 41 yaşlı Fuad Mirzəyev ailənin böyük övladı olub və bir qardaşı var imiş. Mərhum ailəli olub, 5 yaşlı oğlu yadigar qalıb.

Yaxınlarının dediyinə görə, F.Mirzəyev ciddi səhhət problemindən şikayət etməyib. Onun ailəsinə, xüsusilə azyaşlı oğluna bağlı və qayğıkeş insan olduğu qeyd olunub.

Fuad Mirzəyev Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən Mərdəkan qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, 40 yaşlı Fuad Mirzəyev məşq etmək üçün idman zallarından birinə gedib. Fiziki hərəkətlər zamanı onun halı pisləşib. Əraziyə təcili tibbi yardım briqadası çağırılıb. Lakin həkim gələnə qədər o, ürəktutmasından dünyasını dəyişib.

Allah rəhmət eləsin!

İdman zalında ölən vəzifəli şəxslə bağlı yeni FAKT - FOTO

İdman zalında ölən vəzifəli şəxslə bağlı yeni FAKT - FOTO

Paylaş: