
Tovuzda ana körpə qızını yaşlı qadının evində atıb gedib.
Primeinfo.az xəbər verir ki, qadın kimsələrinin olmadığını əsas gətirərək tanımadığı yaşlı qadından kömək istəyib.
Daha sonra ana körpəyə yemək almaq adı ilə evdən çıxıb və geri dönməyib. Uşaq yaşlı qadının evində qalıb.
Hadisə ilə bağlı polisə məlumat verilib. Körpə xəstəxanaya yerləşdirilib.