Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: əli əsədov

Əli Əsədovdan Maliyyə Nazirliyinə aid qurumlarla bağlı yeni QƏRAR

Əli Əsədovdan Maliyyə Nazirliyinə aid qurumlarla bağlı yeni QƏRAR

Nazirlər Kabineti 6 aprel 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Maliyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edib. Primeinfo.az.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, nazirliyə məxsus “Rəqəmsal Maliyyə Mərkəzi” MMC siyahıya daxil edilib.

Baş nazir Rusiya Dəmir Yollarının rəhbəri ilə görüşüb

Baş nazir Rusiya Dəmir Yollarının rəhbəri ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov “Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru – İdarə Heyətinin sədri Oleg Belozyorov ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Görüş zamanı Azərbaycan–Rusiya iqtisadi əməkdaşlığının cari vəziyyəti və müxtəlif istiqamətlər üzrə inkişaf perspektivləri müzakirə olunub.

Əli Əsədov Dorin Boqdan-Martin ilə görüşüb

Əli Əsədov Dorin Boqdan-Martin ilə görüşüb

Baş nazir Əli Əsədov noyabrın 21-də Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Dorin Boqdan-Martin ilə görüşüb. Bu barədə Primeinfo.az-a Nazirlər Kabinetindən xəbər verilib. Görüşdə Beynəlxalq Telekommunikasiya İttifaqının Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının əhəmiyyəti vurğulanıb.

Əli Əsədov Su İdman Növləri Federasiyasının prezidenti ilə görüşdü

Əli Əsədov Su İdman Növləri Federasiyasının prezidenti ilə görüşdü

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 18-də Beynəlxalq Su İdman Növləri Federasiyasının prezidenti Hüseyn Əl-Müsəlləmlə görüşüb. Bu barədə Primeinfo.az-a Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib. Görüşdə Azərbaycanda bədən tərbiyəsinin və idmanın inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu vurğulanıb, idmançıların dövlət tərəfindən yüksək diqqət və qayğı ilə əhatə olunduğu bildirilib.

Emissiyaların azaldılması bağlı qərarı qəbul edildi

Emissiyaların azaldılması bağlı qərarı qəbul edildi

Paris Sazişi çərçivəsində istilik effekti yaradan qazların emissiyalarının azaldılması üzrə milli hədəfin və bu hədəfi ehtiva edən “Yenilənmiş, 3-cü Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr” sənədi təsdiq edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. “Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası ilə bağlı Tərəflərin 21-ci Konfransında qəbul olunmuş Paris Sazişinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 362-VQ nömrəli Qanununa uyğun olaraq, İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının vəsatətlərini nəzərə alaraq, Paris Sazişindən irəli gələn öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1.

Əli Əsədov yeni qərar imzaladı

Əli Əsədov yeni qərar imzaladı

“Ezamiyyə xərclərinin normaları haqqında” qərarda dəyişiklik edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, COP29 və COP30 tədbirləri çərçivəsində bu il Braziliyanın Belem şəhərinə ezam olunan heyət üzvlərinin təqdim edilmiş sənədlərə əsasən faktiki mehmanxana xərclərinin 1 günlük məbləği ezamiyyə xərclərinin 1 günlük normasının (qeyd olunan əlavə nəzərə alınmaqla) 60 faizindən çox olduğu halda həmin fərq mehmanxana günləri üçün ezamiyyə xərclərinə əlavə xərc olaraq ödəniləcək.

Əli Əsədov Saqr Qobaşla görüşüb - FOTO

Əli Əsədov Saqr Qobaşla görüşüb - FOTO

Azərbaycanın Baş naziri Əli Əsədov Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Federal Milli Şurasının sədri Saqr Qobaşla görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın birgə səyləri sayəsində iki ölkə arasında əlaqələrin yüksək inkişaf dinamikası nümayiş etdirdiyi qeyd edilib.

Əli Əsədov Belarusun Baş nazirinin müavini ilə görüşüb

Əli Əsədov Belarusun Baş nazirinin müavini ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov Belarusun Baş nazirinin müavini, iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın həmsədri Natalya Petkeviçlə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Görüşdə Azərbaycan-Belarus dövlətlərarası münasibətlərinin hərtərəfli inkişafından məmnunluq ifadə olunub, iki ölkənin prezidentlərinin fəal dialoqunun və birgə səylərinin bu inkişafı təmin edən əsas faktor olduğu bildirilib.

Əli Əsədov Tbilisidə İrakli Kobaxidze ilə görüşüb

Əli Əsədov Tbilisidə İrakli Kobaxidze ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov Tbilisiyə işgüzar səfəri çərçivəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Gürcüstanın Baş nazirinə çatdırıb.