Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Azərbaycan Hava Yolları (AZAL)

AZAL Maldiv adalarına birbaşa uçuşları bərpa edir

AZAL Maldiv adalarına birbaşa uçuşları bərpa edir

Oktyabrın 27-dən Azərbaycan Hava Yolları (AZAL) Bakıdan Maldiv Respublikasının paytaxtı Male şəhərinə birbaşa reysləri bərpa edir. Bununla da turistlər üçün Hind okeanının sahillərinədək olan yol xeyli qısalır və əlverişli səyahəti təmin edir. Primeinfo.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.

Bakı–Tbilisi reysləri I terminaldan həyata keçiriləcək

Bakı–Tbilisi reysləri I terminaldan həyata keçiriləcək

Oktyabrın 26-dan “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı–Tbilisi–Bakı reysləri Heydər Əliyev Beynəlxalq Aeroportunun I terminalından həyata keçiriləcək. Bu barədə Primeinfo.az-a AZAL-dan bildirilib. Məlumata görə, məqsəd sərnişinlərin rahatlığını təmin etməkdir: “Qeyd olunan tarixdən etibarən sərnişinlərin uçuş və qeydiyyat üçün Terminal 1-ə yönəlməyi xahiş olunur”.

AZAL təyyarəsi Sankt-Peterburqa təcili eniş edib - FOTO

AZAL təyyarəsi Sankt-Peterburqa təcili eniş edib - FOTO

Uçuş təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsinin kapitanı Sankt-Peterburq–Bakı marşrutu üzrə J2-020 nömrəli reysi yerinə yetirərkən texniki səbəbdən (şassidə nasazlıq) geri qayıdaraq Pulkovo Hava Limanına eniş etməyə qərar verib.

AZAL daha bir təyyarə aldı - FOTO

AZAL daha bir təyyarə aldı - FOTO

“Azərbaycan Hava Yolları” (AZAL) donanmanın genişmiqyaslı yenilənməsi və dayanıqlı inkişaf proqramı çərçivəsində cari ildə ikinci yeni “Airbus A320neo” təyyarəsini öz parkına əlavə edib. Primeinfo.az xəbər verir ki, donanmanın genişlənməsi AZAL-ın regional və qlobal aviasiya bazarındakı mövqelərini möhkəmləndirir, sərnişinlərə isə səyahət planlaşdırarkən daha çox rahatlıq və seçim imkanı yaradır. “Airbus A320neo” sərnişin rahatlığına yönəlmiş müasir interyer, əl yükü üçün genişləndirilmiş rəflər və erqonomik oturacaqlarla təchiz olunub.

AZAL 50-yə yaxın istiqamətdə reyslər həyata keçirəcək

AZAL 50-yə yaxın istiqamətdə reyslər həyata keçirəcək

Oktyabrın 26-dan etibarən Azərbaycanın milli aviadaşıyıcısı “Azərbaycan Hava Yolları” QSC (AZAL) payız-qış cədvəlinə keçid edərək Avropa, Asiya və Yaxın Şərq üzrə 50-yə yaxın istiqamətdə reyslər həyata keçirəcək. Primeinfo.az AZAL-a istinadən xəbər verir ki, əksər marşrutlar üzrə biletlər artıq satışdadır. Yeni mövsümdə AZAL-ın uçuş cədvəlində ən çox reys yerinə yetirilən istiqamətlər siyahısında İstanbul, Tbilisi və Təl-Əviv şəhərləri yer alır.