Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: başsağlığı

Belçika səfiri həlak olan ANAMA əməkdaşı ilə bağlı başsağlığı verib

Belçika səfiri həlak olan ANAMA əməkdaşı ilə bağlı başsağlığı verib

Belçikanın Azərbaycandakı səfiri Julyen de Frepon Füzulidə mina partlayışında həlak olan ANAMA əməkdaşı ilə bağlı başsağlığı verib. Primeinfo.az xəbər verir ki, səfir bu barədə sosial media hesabında yazıb. Diplomat vəzifə borcunu yerinə yetirərkən faciəvi şəkildə həyatını itirən Mətili Muğanın ailəsinə və həmkarlarına dərin hüznlə başsağlığı verib.

Azərbaycan Respublikasının müdafiə naziri Türkiyə və Qətər tərəfinə başsağlığı verib

Azərbaycan Respublikasının müdafiə naziri Türkiyə və Qətər tərəfinə başsağlığı verib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə və Qətərin baş nazirinin müavini və müdafiə işləri üzrə dövlət naziri Əlahəzrət Şeyx Saud bin Əbdülrəhman bin Həsən Al Taniyə başsağlığı verib. Primeinfo.az xəbər verir ki, aşsağlığında deyilir: “Qətər-Türkiyə Birləşik Müştərək Qüvvələr Komandanlığı çərçivəsində təlim uçuşu həyata keçirən Qətər Silahlı Qüvvələrinə məxsus helikopterin texniki nasazlıq səbəbindən dənizə düşməsi, qəza nəticəsində Türkiyə Silahlı Qüvvələrinin bir hərbi qulluqçusunun, ASELSAN şirkətinin iki texniki əməkdaşının və Qətər Silahlı Qüvvələrinin dörd hərbi qulluqçusunun həlak olması xəbəri məni dərindən kədərləndirdi. Həlak olanlara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Ərdoğan helikopter qəzası ilə bağlı başsağlığı verdi

Ərdoğan helikopter qəzası ilə bağlı başsağlığı verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdə baş verən faciəvi helikopter qəzası ilə bağlı başsağlığı verib. Primeinfo.az xəbər verir ki, dövlət başçısı bununla bağlı sosial media hesabında paylaşım edib. “Qətərdə baş verən helikopter qəzasında Türkiyə Silahlı Qüvvələrimizin mənsubu, ASELSAN heyətimiz və Qətər Silahlı Qüvvələri üzvlərinin şəhid olması xəbərini böyük kədərlə öyrəndim.

Allahşükür Paşazadə II İlyanın vəfatı ilə bağlı başsağlığı verib

Allahşükür Paşazadə II İlyanın vəfatı ilə bağlı başsağlığı verib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Gürcüstan Pravoslav Kilsəsinin Senak və Çxorutski Mitropoliti Şioya Gürcüstanın Katolikos-Patriarxı II İlyanın vəfatı ilə bağlı başsağlığı məktubu ünvanlayıb. Bu barədə Primeinfo.az-a QMİ-dən məlumat verilib. Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsi, Qafqaz Xalqları Ali Dini Şurası, bütün Qafqaz dindarları adından Gürcüstan xalqına, Gürcü Pravoslav Kilsəsinə başsaqlıqlarını ifadə edib.

İlham Əliyev İrakli Kobaxidzeyə başsağlığı verib

İlham Əliyev İrakli Kobaxidzeyə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə başsağlığı məktubu ünvanlayıb. Primeinfo.az-ın məlumatına görə, başsağlığında deyilir: “Hörmətli cənab Baş nazir. Bütün Gürcüstanın Katalikos-Patriarxı, zəmanəmizin görkəmli din xadimi II İlya həzrətlərinin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.

Azərbaycan XİN Efiopiyaya başsağlığı verdi

Azərbaycan XİN Efiopiyaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Efiopiyaya başsağlığı verib. Primeinfo.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib. “Efiopiyada baş verən dağıdıcı torpaq sürüşmələri və daşqınları nəticəsində baş verən faciəvi insan itkisi və çoxsaylı xəsarətlərdən dərin kədər hissi keçiririk.

Azərbaycan XİN Kanadaya başsağlığı verib

Azərbaycan XİN Kanadaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Kanadaya başsağlığı verib. Primeinfo.az xəbər verir ki, bu barədə Nazirliyin sosial media hesabında paylaşım edilib. “Kanadanın Tambler Rigd şəhərində baş verən faciəli məktəb atışması bizi dərin kədərləndirir.

Sahibə Qafarova deputata başsağlığı verdi

Sahibə Qafarova deputata başsağlığı verdi

Spiker Sahibə Qafarova Fəzail Ağamalının vəfatı ilə bağlı başsağlığı verib. Primeinfo.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında bildirilib. “Milli Məclisin deputatı olmuş, Ana Vətən partiyasının keçmiş sədri Fəzail Ağamalının vəfatı ilə bağlı qızı, həmkarımız Günay Ağamalıya və onun digər yaxınlarına başsağlığ veririk.