Atatürk və Ayna Sultanova parkları arasında yeni piyada işıqforları quraşdırılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Bildirilib ki, yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin artırılması məqsədilə paytaxtın Nərimanov rayonunda, Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində yerləşən mövcud işıqfor obyektləri təkmilləşdirilib.
Görmə məhdudiyyəti olan şəxslərin daha çox istifadə etdiyi yolda səsli xəbərdarlıq sistemi ilə təchiz edilmiş işıqforlar quraşdırılıb. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Bildirilib ki, paytaxtın Sabunçu rayonu, Zabrat-Kürdəxanı şosesi ilə Eldar Xəlilov küçəsinin kəsişməsində yol hərəkəti iştirakçılarının, xüsusilə də görmə məhdudiyyətli şəxslərin təhlükəsizliyinin artırılması məqsədilə yeni işıqforlar quraşdırılıb.
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Tədbir zamanı əvvəllər dəfələrlə məhkum olunmuş 39 yaşlı Pərviz Mahmudov və 34 yaşlı Xanlar Abdullayev narkokuryerlikdə şübhəli bilindikləri üçün saxlanılıblar.
“Bu hadisə ötən gün səhər saatlarında paytaxtın Nizami rayonu, Heydər Əliyev prospketi “Koroğlu” metro stansiyasının yaxınlığında baş verib. Nəticədə piyada dünyasını dəyişib. Müşahidə kamerasının qeydə aldığı bu qəza 12 zolaqlı yolun hərəkət hissəsindən keçməyin nə qədər təhlükəli olduğunu göstərir”.
Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. Bununla bağlı Mərkəzin əməkdaşları tərəfindən məlumat sürət tablolarında “güclü külək” işarəsi aktivləşdirilib.