Dəmir yolu Ermənistan Respublikasının mülkiyyətidir və yalnız “Rusiya Dəmir Yolları”nın nəzarəti altındadır. Primeinfo.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan bildirib. “Biz Rusiya Federasiyasına və onun maraqlarına hörmətlə yanaşırıq, lakin Ermənistan dəmir yolu Rusiyanın idarəçiliyi altında olduğu üçün hazırda Ermənistanın beynəlxalq dəmir yolu şəbəkəsinə inteqrasiyası üçün bu tarixi fürsəti əldən vermək riski ilə üzləşirik.
Odessa meriyası Ermənistanın humanitar yardım göstərməsindən sonra Baş nazir Nikol Paşinyana şəhərin fəxri vətəndaşı adının verilməsi məsələsinə baxmağa hazır olduğunu açıqlayıb. Primeinfo.az yerli KİV-ə istinadən xəbər verir ki, Ermənistanın İqtisadiyyat Nazirliyi Baş nazir Nikol Paşinyanın tapşırığı ilə Ukraynaya humanitar yardım layihəsi həyata keçirir. Məlumata əsasən, toplanacaq vəsait hesabına Ermənistan istehsalı olan böyük həcmdə tərəvəz və meyvənin Ukraynanın Odessa şəhərinə göndərilməsi planlaşdırılır.
Ermənistan ordusunun hərbçisinin güllələnmiş meyiti aşkarlanıb. Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, avqustun 13-də N saylı hərbi hissəsinin hərbi qulluqçusu Qriqor Edqaroviç Zakaryanın güllələnmiş meyiti tapılıb.
“Konstitusiyanın mətnindən heç nə çıxarılmayıb, çünki biz yeni Konstitusiya yazırıq”. Primeinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin iclasında Dövlət-hüquq məsələləri daimi komissiyasının sədrinin seçilməsi məsələsinin müzakirəsi zamanı həmin vəzifəyə namizəd, hakim “Mülki müqavilə” partiyasının deputatı Arusyak Culakyan deyib. O, müxalifətçi “Ermənistan” blokunun parlament fraksiyasının rəhbəri Anna Qriqoryanın suallarını cavablandırarkən yeni Konstitusiya layihəsinin hazırlanması ilə bağlı açıqlamalar verib.
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin müxalif “Ermənistan” fraksiyasının deputatları ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistanın “Beşinci kanal”ı məlumat yayıb. Görüş zamanı Ermənistan-Rusiya münasibətlərinin mövcud vəziyyəti və ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-ın sülhməramlı missiyalar üzrə xüsusi elçisinin baş müşaviri Aryeh Lightstone ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, görüşdə Transxəzər Müəssisələri Fondunun prezidenti Konstantin Sokolov da iştirak edib.
Sosial şəbəkələrin erməni seqmentində Avropa İttifaqının təşkilata üzv dövlətlərdə yaşayan qanunsuz miqrantların Ermənistana köçürülməsi məsələsini nəzərdən keçirdiyinə dair məlumatlar yayılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistanda “Facebook” və “TikTok”da rus dilində videoçarxlar yayılıb. Qeyd edilib ki, sosial şəbəkələrlə yanaşı bir sıra saytlar, eyni zamanda Rusiyanın “Sputnik Armenia” İnformasiya Agentliyi bu səhər İtaliyanın “Corriere della Sera” nəşrinə istinadən İtaliyanın bir sıra ölkələrdə, o cümlədən Ermənistanda miqrantların saxlanma mərkəzlərinin yaradılmasını təklif edəcəyinə dair xəbər yayıb.
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) orqanlarında səsvermə hüququndan məhrum edilməsi qərarı iştirakçı ölkələrin ümumi razılığını tələb edəcək. Primeinfo.az xəbər verir ki, bunu Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev deyib. “KTMT Nizamnaməsinin 25-ci maddəsi təşkilata iki illik maliyyə borcu olduqda, iştirakçı dövlətin səs vermək və nümayəndələrini irəli sürmək hüququnun dayandırılması ehtimalını nəzərdə tutur.
Ermənistanın baş naziri Nikol Paşinyan istefa verib, Nazirlər Kabineti səlahiyyətlərini dayandırıb.
Ermənistanın müdafiə naziri Suren Papikyan və daxili işlər naziri Arpine Sarkisyanın yenidən həmin vəzifələrə təyin olunacaqlar. Primeinfo.az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə deyib. “Bəli, onlar yenidən təyin olunacaqlar”, – Paşinyan jurnalistlərin sualını cavablandırarkən bildirib.