Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: ermənistan

Erməni iş adamı spikeri məhkəməyə verdi

Erməni iş adamı spikeri məhkəməyə verdi

Erməni iş adamı və “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan Ermənistan parlamentinin sədri Alen Simonyana qarşı məhkəmə iddiası qaldırıb. Primeinfo.az xəbər verir ki, məhkəmə aktları portalı “Datalex”də dərc edilən iddiaya əsasən, Karapetyan spikerdən onun ünvanına səsləndirilmiş şərəf və ləyaqəti ləkələyən yalan məlumatların təkzib edilməsini və 6 milyon dram (təxminən 16 min ABŞ dolları) məbləğində mənəvi təzminat ödənilməsini tələb edir. İddia sənədinə görə, Karapetyanın müdafiə tərəfi Simonyanın 19 may 2026-cı ildə sosial şəbəkələrdə etdiyi açıqlamaların yalan və nüfuz sarsıdıcı olduğunu bildirərək onların rəsmi şəkildə təkzib olunmasını istəyir.

ABŞ dövlət katibi Marko Rubio Ermənistandadır

ABŞ dövlət katibi Marko Rubio Ermənistandadır

ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir. Primeinfo.az-ın xəbərinə görə, Rubionun təyyarəsi İrəvanda “Zvarnots” aeroportuna eniş edib. Rubionu hava limanında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan qarşılayıb.

ABŞ-nin dövlət katibi Ermənistana gedəcək

ABŞ-nin dövlət katibi Ermənistana gedəcək

ABŞ dövlət katibi Marko Rubio mayın 26-da Ermənistana gedəcək. Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazir Ararat Mirzoyan və Marko Rubio arasında görüş keçiriləcək və sonra onlar mətbuata açıqlamalar verəcəklər.

Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur

Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur

Ermənistan hökuməti “Tramp marşrutu”nun həyata keçirilməsi üçün Türkiyə və Azərbaycana gedən dəmiryolu xətlərinin yenidən qurulmasını müstəqil şəkildə həyata keçirəcək. Primeinfo.az “Kommersant”a istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan seçicilərlə görüşdə bildirib. Bundan əvvəl Ermənistan hakimiyyəti yolların bərpası ilə bağlı Rusiyaya müraciət etmişdi.

Paşinyan ölümlə HƏDƏLƏNDİ - CİNAYƏT İŞİ AÇILDI

Paşinyan ölümlə HƏDƏLƏNDİ - CİNAYƏT İŞİ AÇILDI

Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı təhdidlərin yer aldığı video ilə bağlı cinayət işi başlanıb. Primeinfo.az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsindən məlumat verilib. Məlumata görə, bir qrup şəxs tərəfindən qətlə hazırlıq, kompüter təxribatı və odlu silah-sursatın qanunsuz dövriyyəsi ilə bağlı cinayət işləri başlanıb.

Ermənistanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılıb

Ermənistanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılıb

Ermənistanın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb. Bildirilib ki, səfirə Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiyaya qarşı terror təhdidlərini səsləndirməsi üçün tribuna təmin etməsinin qəbuledilməz olduğu bildirilib.