Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Fərman

Kompüter insidentlərinə qarşı mübarizə mərkəzləri yaradılacaq

Kompüter insidentlərinə qarşı mübarizə mərkəzləri yaradılacaq

Azərbaycanda kompüter insidentlərinə qarşı mübarizə mərkəzləri yaradılacaq. Primeinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişikliyin tətbiqi barədə Fərmanında əksini tapıb. Qanuna əsasən, ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən informasiya infrastrukturlarında kibertəhlükəsizlik üzrə fəaliyyət həmin infrastrukturun mövcud olduğu sahə üzrə dövlət siyasətini, tənzimləməsini və nəzarətini həyata keçirən dövlət orqanının (qurumunun) müvafiq strukturu və ya həmin orqan (qurum) tərəfindən müqavilə əsasında müəyyən edilən rezident hüquqi şəxs olan CERT-lər vasitəsilə təmin ediləcək.

2029-cu ildə Azərbaycanda əhali siyahıya alınacaq

2029-cu ildə Azərbaycanda əhali siyahıya alınacaq

2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınması həyata keçiriləcək. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasında 2029-cu il oktyabrın 1-nə olan vəziyyət üzrə əhalinin növbəti siyahıyaalınması həmin ilin oktyabrın 1-dən 31-dək keçiriləcək.

Prezident Fərmanının icrası istiqamətində zəruri tədbirlərin icrasına başlanılıb - ETN

Prezident Fərmanının icrası istiqamətində zəruri tədbirlərin icrasına başlanılıb - ETN

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığı modeli dövlət hesabına maliyyələşəcək. Elm və Təhsil Nazirliyindən Primeinfo.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi ilə bağlı Fərmanı bu sahədə əlçatanlığın artırılması istiqamətində atılmış mühüm addımdır. Fərman özəl məktəbəqədər təhsil müəssisələrinin potensialından səmərəli istifadə etməklə daha çox uşağın məktəbəqədər təhsilə cəlb olunmasına, valideynlərin seçim imkanlarının genişlənməsinə və bu sahədə dövlət dəstəyinin effektiv mexanizmlərlə həyata keçirilməsinə xidmət edir.

DTX-ə daha bir səlahiyyət verildi - FƏRMAN

DTX-ə daha bir səlahiyyət verildi - FƏRMAN

Mühafizə olunan şəxslərin və qorunan strateji obyektlərin təhlükəsizliyinin təmini sahəsində əməliyyat-axtarış fəaliyyəti Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) həvalə olunub. Primeinfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azərbaycan Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən mühafizə olunan şəxslərin və qorunan strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış fəaliyyətini DTX həyata keçirəcək.

“ASAN xidmət” təcrübəsi Esvatinidə tətbiq olunacaq - FƏRMAN

“ASAN xidmət” təcrübəsi Esvatinidə tətbiq olunacaq - FƏRMAN

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Esvatini Krallığının İnformasiya, Kommunikasiyalar və Texnologiya Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl mexanizminin yaradılması sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu təsdiq edilib. Primeinfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Qeyd edək ki, sənəd bu il mayın 19-da Bakı şəhərində imzalanıb.