Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Fərman

Pezeşkian rialın yenilənməsi barədə fərman imzaladı

Pezeşkian rialın yenilənməsi barədə fərman imzaladı

İran Prezidenti Məsud Pezeşkian milli valyuta – rialın denominasiyası haqqında fərman imzalayıb. Primeinfo.az “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə prezident administrasiyasının məlumatında bildirilib. “İran İslam Respublikasının Konstitusiyasının 123-cü maddəsinin həyata keçirilməsi məqsədilə Məsud Pezeşkian Mərkəzi Bank haqqında Qanunun 58-ci maddəsinin (a) bəndinə (milli valyutanın denominasiyasını nəzərdə tutan – red.) düzəlişlərin qüvvəyə minməsi barədə Mərkəzi Banka bildiriş göndərib”, – bəyanatda deyilir.

İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin MİRAS sisteminin yaradılmasını təsdiqləyib

İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin MİRAS sisteminin yaradılmasını təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sistemi (MİRAS) yaradılıb. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sistemi haqqında Əsasnamə” təsdiq edilib.

Təhlükəli obyektlər üzrə Komissiyanın tərkibi genişləndirildi

Təhlükəli obyektlər üzrə Komissiyanın tərkibi genişləndirildi

Prezident İlham Əliyev “Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” 24 sentyabr 2022-ci il tarixli sərəncamında dəyişiklik edib.

Vergi Məcəlləsi və "Gömrük tarifi haqqında" qanuna dəyişiklik edildi

Vergi Məcəlləsi və "Gömrük tarifi haqqında" qanuna dəyişiklik edildi

  Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 24 oktyabr tarixli 277-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Primeinfo.az fərmanın mətnini təqdim edir: 1. Müəyyən edilsin ki: 1.1.

İlham Əliyev 3 fərman imzaladı

İlham Əliyev 3 fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 may tarixli 97 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin investisiya əməliyyatlarının aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Azərbaycanla Braziliya arasında təhsil üzrə Saziş TƏSDİQLƏNDİ

Azərbaycanla Braziliya arasında təhsil üzrə Saziş TƏSDİQLƏNDİ

2025-ci il sentyabrın 1-də Braziliya şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Braziliya Federativ Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycanın Elm və Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.