Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Fərman

Prezident Ələt azad iqtisadi zonası ilə bağlı fərmana dəyişiklik edib

Prezident Ələt azad iqtisadi zonası ilə bağlı fərmana dəyişiklik edib

Prezident İlham Əliyev “Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” 22 may 2020-ci il tarixli fərmanında dəyişiklik edib. Primeinfo.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, Zonanın yaradılması prosesində İqtisadiyyat Nazirliyinin tərtib etdiyi “Bakı şəhər Qaradağ rayonu Ələt qəsəbəsinin inzibati ərazisində kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, dövlət mülkiyyətində olan ərazidən Ələt azad iqtisadi zonasına ayrılması nəzərdə tutulan (V hissə) 1453,09 hektar torpaq sahəsinin yerquruluşu planı da nəzərə alınacaq.

Pezeşkian rialın yenilənməsi barədə fərman imzaladı

Pezeşkian rialın yenilənməsi barədə fərman imzaladı

İran Prezidenti Məsud Pezeşkian milli valyuta – rialın denominasiyası haqqında fərman imzalayıb. Primeinfo.az “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə prezident administrasiyasının məlumatında bildirilib. “İran İslam Respublikasının Konstitusiyasının 123-cü maddəsinin həyata keçirilməsi məqsədilə Məsud Pezeşkian Mərkəzi Bank haqqında Qanunun 58-ci maddəsinin (a) bəndinə (milli valyutanın denominasiyasını nəzərdə tutan – red.) düzəlişlərin qüvvəyə minməsi barədə Mərkəzi Banka bildiriş göndərib”, – bəyanatda deyilir.

İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin MİRAS sisteminin yaradılmasını təsdiqləyib

İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin MİRAS sisteminin yaradılmasını təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sistemi (MİRAS) yaradılıb. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sistemi haqqında Əsasnamə” təsdiq edilib.