Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib. Primeinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni – 388-4-cü maddədə əksini tapıb. Qanuna əsasən, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda qeyd edilən məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə və ya təqdim edilməsi müddətinin pozulmasına, yaxud natamam və ya təhrif edilmiş məlumatın təqdim edilməsinə görə vəzifəli şəxslər altı min manatdan yeddi min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir.
Şəxslərin platformada qeydiyyatına dair tələblər müəyyənləşib.
Uşaqları elektron formatdan uzaqlaşdırsaq, cəmiyyət olaraq irəli gedə bilməyəcəyik. Primeinfo.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” adlı kitabın təqdimat mərasimində bildirib. “Bu gün uşaqların 50%-i sosial media ilə informasiya əldə edir və bu daha riskli hesab edilir.
16 yaşdan kiçik şəxslərin platformalarda hesab yaratmasına icazə verilməyəcək, 16-18 yaşlı istifadəçilərin hesabları isə valideyn nəzarəti altında fəaliyyət göstərəcək. Primeinfo.az xəbər verir ki, məsələ Milli Məclisin İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb. Belə ki, layihəyə əsasən, 16 yaşı tamam olmayan şəxslərin platformalarda fərdi rəqəmsal hesab yaratmasına yol verilməyəcək.
Şəxslərin platformada qeydiyyatına dair tələblər müəyyənləşir. Primeinfo.az xəbər verir ki, bu, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən yeni maddələrdə əksini tapıb. Layihəyə əsasən, 16 yaşı tamam olmamış şəxslərin platformada fərdi rəqəmsal hesablarının yaradılmasına yol verilmir.