Türkiyə Qara dənizdə gəmilərə qarşı hücumların artmasından sonra kommersiya gəmilərinin bölgəyə keçidini məhdudlaşdırmağa başlayıb. Primeinfo.az “Bloomberg “-ə istinadən xəbər verir ki, məsələ ilə tanış rəsmilərin məlumatına görə, bu Türkiyə hökümətində Qara dənizdə Rusiya və Ukraynaya məxsus və ya onlarla əlaqəli gəmilərə qarşı hücumların artması ilə bağlı narahatlıqla bağlıdır. Məlumata görə, Dəniz Təhlükəsizliyi Baş İdarəsi Rusiyanın əsas neft və taxıl ixrac mərkəzlərindən biri olan Novorossiysk limanına gedən bir neçə gəmiyə hazırda boğazlardan keçid üçün icazələrin verilmədiyini bildirib.
Rusiyanın Novorossiysk limanı sahillərində Türkiyə bayrağı altında üzən “MV Güllük” yük gəmisinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib.
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan “Məkkə sazişi” adlandırılan yeni üçtərəfli müdafiə sazişini imzalayıblar.
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan bu gün Səudiyyə Ərəbistanında ortaq müdafiə sazişi imzalayacaq. Primeinfo.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün birgünlük işgüzar səfərlə Səudiyyə Ərəbistanına yollanıb.
Türkiyədə polkovnik Özlem Karapınar ölkənin Hərbi Hava Qüvvələrinin tarixində general hərbi rütbəsini alan ilk qadın olub. Primeinfo.az “Haberler”ə istinadən xəbər verir ki, Karapınarın hərbi rütbəsinin artırılması ilə bağlı qərar Ali Hərbi Şuranın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasında qəbul edilib. Bildirilib ki, 49 yaşlı hərbçi fəaliyyəti boyu uğurlu nailiyyətləri ilə seçilib.
Türkiyə Qara dənizdə mülki gəmilərə hücumların qəbuledilməz olduğunu bildirir və bölgədə gərginliyin azaldılması, həmçinin gəmiçiliyin təhlükəsizliyinin təmin olunması üçün tədbirlərin görülməsinin tərəfdarıdır. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik bildirib. “Dəfələrlə bəyan etmişik ki, Qara dənizdə təhlükəsizlik təhdid altındadır.
Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Yüksək Hərbi Şuranın iclasında Silahlı Qüvvələrdə genişmiqyaslı kadr dəyişiklikləri təsdiqlənib. Primeinfo.az xəbər verir ki, Prezident Ərdoğanın imzaladığı qərarlara əsasən, 25 general və admiral daha yüksək hərbi rütbəyə yüksəldilib, 69 polkovnik isə general və admiral rütbəsi alıb. Qərarlara görə, 24 generalın xidmət müddəti bir il, 530 polkovnikin xidmət müddəti isə iki il uzadılıb.
Türkiyənin Xarici İşlər Nazirliyi Qara dənizdə Türkiyəyə məxsus mülki gəmilərə edilən dron hücumu ilə bağlı bəyanat yayıb.
Türkiyədə 44 meşə yanğınını törətməkdə şübhəli bilinən 6 nəfər həbs edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek məlumat verib. Nazirin sözlərinə görə, iyunun 1-dən etibarən ölkənin 16 vilayətində baş verən 44 meşə yanğını ilə bağlı aparılan istintaqlar çərçivəsində 29 şübhəli müəyyən edilib.
Türkiyədə xüsusilə ağır cinayətlər törədən yetkinlik yaşına çatmayan vətəndaşlar ömürlük həbs cəzasına məhkum edilə bilər. Primeinfo.az xəbər verir ki, ölkənin Cinayət Məcəlləsinə müvafiq dəyişiklikləri nəzərdə tutan qanun layihəsi gələn həftə Türkiyə Böyük Millət Məclisində müzakirə olunacaq. Şanlıufra və Kahramanmaraşdakı təhsil müəssisələrində baş verən son silahlı hücumlar daxil olmaqla, ölkədə 18 yaşından aşağı olanlar tərəfindən törədilən ağır cinayətlərinin artmasının səbəblərini araşdıran parlament komissiyası yetkinlik yaşına çatmayan şəxslərə aid ədliyyə sistemində daha sərt cəzaların tətbiqi qənaətinə gəlib.