Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Türkiyə

Türkiyədə siqaret tam qadağan edilir

Türkiyədə siqaret tam qadağan edilir

Türkiyədə tütün məhsullarına qarşı sərt məhdudiyyətlərin tətbiqi müzakirə olunur. Primeinfo.az xəbər verir ki, hakim AKP partiyası 2040-cı ilə qədər tütün məhsullarından tam imtinanı nəzərdə tutan qanun layihəsi hazırlayıb. Hürriyet qəzetinin məlumatına görə, layihə çərçivəsində tütün məmulatlarının satışı, istehsalı və idxalı tam qadağan edilə bilər.

İranda baş verən zəlzələ Türkiyədə hiss olunub

İranda baş verən zəlzələ Türkiyədə hiss olunub

İranda baş verən zəlzələ Türkiyənin Hakkari bölgəsində hiss olunub. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması (AFAD) Agentliyi məlumat yayıb. Episentri İranın Piranşəhr vilayəti olan 4,2 maqnitudalı zəlzələ 10.23 km dərinlikdə baş verib.

Sahibə Qafarova Türkiyəyə gedib - FOTO

Sahibə Qafarova Türkiyəyə gedib - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyasında və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 5-ci Konfransında iştirak etmək üçün Türkiyənin İstanbul şəhərinə işgüzar səfər edib. Bu barədə Primeinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib. İstanbul Atatürk Beynəlxalq hava limanında spiker Sahibə Qafarovanı Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, ölkəmizin İstanbul şəhərindəki baş konsulu Nərminə Mustafayeva və digər rəsmi şəxslər qarşılayıblar.

Türkiyənin Hörmüz boğazı ilə bağlı MÖVQEYİ

Türkiyənin Hörmüz boğazı ilə bağlı MÖVQEYİ

Heç bir ölkə Hörmüz boğazından keçid üçün ödəniş etməməli və keçidə maneə yaradılmamalıdır. Primeinfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib. O qeyd edib ki, Hörmüz boğazı beynəlxalq ticarət üçün açıq qalmalıdır: Fidan vurğulayıb ki, Türkiyə boğazın yalnız sülh yolu ilə açıq qalmasının tərəfdarıdır: “Beynəlxalq silahlı qüvvələrin müdaxiləsi isə ciddi çətinliklər yarada bilər”.

Türkiyədə "narkotik əməliyyatı": 10 məşhur SAXLANILDI

Türkiyədə "narkotik əməliyyatı": 10 məşhur SAXLANILDI

Türkiyədə tanınmış şəxslərə qarşı aparılan narkotik istintaqı çərçivəsində yeni əməliyyat keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Haber Global məlumat yayıb. Bildirilib ki, istintaq üzrə daha 10 nəfər barəsində saxlanılma qərarı verilib.