İranın xarici işlər naziri Abbas Əraqçi türkiyəli həmkarı Hakan Fidan və Pakistan Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Asim Munirlə telefon danışığı aparıb. Primeinfo.az xəbər verir ki, söhbət zamanı son regional hadisələr, eləcə də regionda gərginliyin və qeyri-sabitliyin artma riski müzakirə edilib. Əraqçi Amerika ordusu tərəfindən atıla biləcək addımlar barədə xəbərdarlıq edib və İranın milli suverenliyi, ərazi bütövlüyünü və təhlükəsizliyini müdafiə etməyə, eləcə də istənilən təxribata qətiyyətlə cavab verməyə tam hazır olduğunu vurğulayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda sosial mənzillərin kirayəyə verilməsi, şəhərsalma və “Terrorsuz Türkiyə” prosesi ilə bağlı mühüm açıqlamalar verib.
Ankara vilayətindəki meşəlik ərazilərə baş çəkməyə qoyulan qadağa 15 oktyabra qədər uzadılıb. Primeinfo.az xəbər verir ki, bu qərar Ankara valiliyi tərəfindən ölkənin bir neçə vilayətində davam edən güclü meşə yanğınları fonunda qəbul edilib. Ankarada yaşıllıq ərazilərin yaxınlığında yanğına səbəb ola biləcək tonqal qalamaq və digər hərəkətlər də qadağan edilib.
Türkiyə NATO-nun Təkmilləşdirilmiş Hava Polisliyi missiyasını iyulun 31-də Portuqaliyadan təhvil alacaq. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin həftəlik media brifinqində məlumat verilib. Nazirliyin sözçüsü Zeki Aktürk bildirib ki, missiyanın təhvil-təslim mərasimi iyulun 31-də keçiriləcək.
Bu qərar minlərlə həkim və onların ailələri üçün böyük sevinc və rahatlıq yaratdı…
Türkiyənin paytaxtı Ankara şəhərinin Etimesqut bələdiyyəsində səhər saatlarında əməliyyat keçirilib. Primeinfo.az xəbər verir ki, Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü olan aktyor və həmin bələdiyyənin sədri Erdal Beşikcioğlu saxlanılıb. Əməliyyatın korrupsiya istintaqı çərçivəsində keçirildiyi bildirilib.
Türkiyənin Üsküdar Bələdiyyəsinin sədri Sinem Dedetaş və daha beş nəfər rüşvət və korrupsiya iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb. Primeinfo.az xəbər verir ki, bu barədə İstanbul Anadolu Cümhuriyyət Baş Prokurorluğu məlumat yayıb. İstintaq Üsküdar Bələdiyyəsində tikinti və istismar icazələrinin verilməsi prosesində qanun pozuntularına yol verildiyi barədə daxil olan şikayətlər, zərərçəkənlərin ifadələri və istintaqla əməkdaşlıq edən şübhəlilərin ifadələri əsasında başlanıb.
Türkiyənin Batman vilayətində hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) rayon təşkilatının sədri Mehmet Direk, onun oğlu və qardaşı oğlu silahlı hücum nəticəsində öldürülüb.
İrlandiyanın paytaxtı Dublində türklərin istifadə etdiyi Sultan Məcid Təhsil Mərkəzi və Məscidi hücuma məruz qalıb. Primeinfo.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. “Sultan Məcid Təhsil Mərkəzi və Məscidinə cümə namazı zamanı girməyə çalışan ifrat sağçı bir şəxs, mühafizəçiyə yumruq vurub”, – məlumatda bildirilib.
Türkiyənin şimalındakı Kastamonu vilayətində şiddətli leysan yağışları sel və daşqınlara səbəb olub. Primeinfo.az “Haber Global”a istinadən xəbər verir ki, yağışla bağlı narıncı xəbərdarlıq verilən vilayətin Cide rayonunda Devrekani çayı daşıb. Sel nəticəsində bir çox evlər, iş yerləri və avtomobillər sular altında qalıb.